Avatar 2 filmi boyük ekranlarda numayiş etdiriləcək

Avatar 2 filmi Amerikanın film sənayesi şəhəri Hollivudda elan edilmiş karantindən sonra çəkilişi bərpa edən ilk filmlərdən oldu. Film öz çəkliş qrafikasını davam etdirir və marketoluqlar komandası filmin aktual qalması üçün əlindən gələni edirlər. Rejissor Ceyms Kemeronun, (Ceyms Cameron) High Camp Bio Lab çəkiliş meydançasının ortasında oturaraq çəkdirdiyi bir neçə fotoşəkli bu yaxınlarda filmin rəsmi Twitter səhifəsində yayımlandı.

Pərəstişkarlardan biri, öz şərhində filmi nöbəti on ildə seyr edə biləcəyinə ümid etdiyini bildirəndə, ona filmin iki ildən sonra yayımlanacağına söz verildi.

Xatırladaq ki, ilk Avatar filmində insanlar süjetin tərkib hissəsini təşkil edirdi. Ancaq onlar nəzərə çarpacaq dərəcədə barışılmaz düşmənə çevrilərək, antaqonist mövqedən çıxış edirdilər. Əsas mövzu uydurulmuş Pandora planetinin humanoid Navi əhalisi barədə idi. Filmdə həmçinin əlil arabasında olan keçmiş dəniz hərbi qulluqçusu Ceyk Sallinin (Jake Sully) planetə səyahəti barədə söhbət açılırdı. O, seçim turundan keçərək, Yer planetindəki enerji böhranı problemini həll edə biləcək korporativ konsorsiumun nadir meneral əldə etmək üçün yerdən bir neçə yüz işıq ili uzaqlıqda yerləşən Pandora planetindəki avanposta yollanır. Pandora planetinin atmosferi zəhərli olduğundan xüsusi Avatar proqramı hazırlanır. Bu proqram vasitəsi ilə insan operatorların şüuru planetin dağıdıcı mühitində yaşaya bilən və uzaqdan idarə etmə ilə bioloji orqana bağlı olan Avatar bədənə yönəldilir. Avatarlar insan DNT-si və Pandoranın əhalisi olan Navi xalqının DNT-si ilə birləşdirilərək yaradılan hibridlərdir. Avatar kimi ikinci dəfə həyata gələrkən Ceyk yenidən gəzə bilir. Ona qiymətli materialın əldə edilməsində əsas maneə olan Navi xalqına qoşulması tapşırılır. Ancaq gözəl aboriqen qız Neytiri Avatar bədənində olan Ceykin həyatını xilas edir və bu hər şeyi dəyişdirir. Ceyk, Navi qəbiləsinə qəbul edilir və bu xalqın nümayəndəsi olmaq üçün bir çox riskli sınaqlardan keçir.

Əvvəllər Kemeron, Avatar 2 filminin Ceykin həyat yoldaşı Navi və övladlarının həyatı barədə çəkildiyini bildirmişdi. Çəkiliş meydançasının yeni fotoşəkillərindən görünür ki, insanlar yenidən filmin süjet xəttinə daxil ediləcəklər, çox güman ki, Pandoranı müstəmləkə etməyə çalışan və Ceykin adamları ilə münaqişəyə girən qara qüvvələr rolunda çıxış edəcəklər.

Ceyms Kameronun yazdığı və produsseri olduğu Avatar 2 filmində aşağıdakı aktyorlar iştirak edir: Sem Uortinqton (Sam Worthington), Zoya Saldana (Zoe Saldana), Siqurni Uiver (Sigourney Weaver), Stiven Lenq (Stephen Lange), Covanni Ribizi (Giovanni Ribisi), Coel Devid Mur (Joel David Moore), Edi Falko (Edie Falco), Keyt Uinslet (Keyt Winslet), Una Çaplin (Oona Chaplin), Vin Dizel (Vin Diesel), Mişel Yeo (Michelle Yeoh) və Devid Tyulis (David Thewlis). Film kinoteatrlarda 16 dekabr 2022-ci ildə nümayiş etdiriləcək və daha sonra Kemeronun Disney üçün artıq işləməyə başladığı daha üç sikvel yayımlanacaq.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.