Kianu Rivz, Kerri – Enn Moss və Nil Patrik Harris “Matrix”də davam etmək üçün Almaniyanın paytaxtı Berlinə döndü. Mart ayının ortalarında koronavirus pandemiyası ilə əlaqədar Berlində dondurulmuş filmin yaxın vaxtlarda yenidən davam etdiriləcəyi və ulduzların tezliklə kameralar qarşısında görünəcəyi gözlənilir.

Hələlik dördüncü “Matrix”in süjetinin təfərrüatı ilə bağlı heç bir məlumat yoxdur. Warner studiyası və rejissor Lana Vaçovski layihənin detallarını gizli saxlamağa calışır. Yalnız təstiq edilməmiş şayiələrə görə, filmdə gənc Morfeus obrazı çıxacaq və bu obraz orijinal filmlərdə oynamış Lorensom Fişbyornom tərəfindən canlanacaq.
Kianu Rivz və Kerri – Enn Moss yenidən Neonu və Trinitini oynayacaq. Djada Pinkett Smit Nayobi rolunda qayıdacaq. Layihəyə həmçinin cani obrazına Priyanka Çopra, Conatan Qroff, Cessika Xenvik, Yəhya Abdul-Matin II və Nil Patrik Harris cəlb edilmişdir.
Kinoteatrlarda filmin yayımı 20 may 2021-ci ildə nəzərdə tutulsa da, nəticədə bu tarix 1 aprel 2022-ci ilə dəyişdirildi.