Yeni tammetrajlı Nindza Tısbağaları cizgi filmi yaradılır

    Nickelodeon Animation studiyası Nindza Tısbağaları haqqında yeni animasiya filmin üzərində Set Roqen, Evan Qoldberq və Ceyms Viverin rəhbərlik etdiyi Point Grey Pictures ilə birlikdə işləyirlər. Bunun haqqında The Hollywood Reporter nəşri məlumat verir.

    Filmin rejissor kürsüsünə Cazibə Şəlalələri (Gravity Falls) serialının ssenari müəllifi Cef Rou əyləşdi. Bu animasiya filmi Nickelodeon Animation studiyasının kinoteatrlar üçün istehsal etdiyi kompüter ilə yaradılmış (CGI) ilk filmi olacaq.

    Qeyd etmək lazımdır ki, şəhər kanalizasiyasında yaşayan dörd qəhrəman və ustadının sərgüzəştləri dəfələrlə ekranlaşdırılıb. Warner Bros. Pictures və The Weinstein Company 2007-ci ildə əlbir yaratdığı tammetrajlı cizgi filmi 34 milyon büdcə ilə təxminən 100 milyon dollar pul qazandı.

    2014-cü ildə “Nindza tısbağaları” adlı bədii film 480 milyon dollardan artıq gəlir gətirdi, bu da filmin ikinci hissəsinin çəkilişinə səbəb oldu. Lakin ikinci hissə tamaşaçılar arasında o qədər də maraq yaratmadı və nəticədə cəmi 245 milyon dollar yığa bildi.

    Yeni layihənin vaxtı hələ məlum deyil.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.