Qara dul obrazında Skarlet Yoxansson başqası ilə əvəz olunacaq

    Marvel Kinematoqrafiya Kainatında olan Qara dul qadın filmində aparıcı obrazın ifaçısı Skarlet Yoxanssonı növbəti çəkiləcək filmlərdə həmkarı Florans Pyu əvəz edəcək. Bu barədə məlumatı, Empire Online nəşrindəki müsahibədə filmin rejissoru Keyt Şortland vermişdir.

    Kevin Fayqi (Marvel studiyasının rəhbəri) zənn etdi ki, solo filminin tamaşaçıları qəhrəmanın mənşəyi haqda açıqlamanı gözləyəcəklər, buna görə də, əlbəttə ki, biz tamam əks istiqamətdə iş apardıq. Ancaq, Florans Pyunun bu qədər mükəmməl rol oynayacağını gözləmirdik. Biz inanırdıq ki, aktrisa rolu çox gözəl ifa edəcək, ancaq bu qədər mükəmməl səviyyədə oyun bizim üçün bir yenilik oldu. Skarlet çox lütfkardır və “Mən estafeti ona təhvil verirəm” söylədi. Deməli, bizim yeni maraqlı qadın süjet xəttimiz olacaq.

    Beləliklə, Qara dul qadın gələcək filmin baş qəhrəmanı haqqında gedən epiloqu ola bilər. Dəmir adam 2 filminin ilk nümayişindən bəri Marvel Kinematoqrafiya Kainatında oxşar hallar dəfələrlə baş verib.

    Nataşa Romanova və onun yaxınlarının macəralarına həsr edilmiş solo filminin nümayişi, koronavirus pandemiyasına görə bir neçə dəfə təxirə salınmışdır. Hal hazırda nümayiş 5 noyabr 2020-ci ilə təyin edilib.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.