Oppo Find X2 Pro Lamborghini Edition ekran- altı kameralı ilk smartfon ola bilər

    Lamborghini ilə birlikdə hazırlanan Oppo Find X2 Pro smartfonunun xüsusi buraxılışının şəkilləri Letsgodigital saytında yayımlandı.

    Nəzərinizə çatdıraq ki, bu ilin yazında Oppo Find X2 Pro smartfonu Xiaomi Mi 10 Pro ilə birlikdə DxOMark saytının təşkil etdiyi “ən yaxşı kameralı telefonlar” reytinqində ön sırada yer tutmuşdur. Hal-hazırda eyni reytinqdə bu smartfonlar, üçüncü yeri bölüşürlər.

    Oppo Find X2 Pro Lamborghini Edition
    Oppo Find X2 Pro Lamborghini Edition

    Oppo Find X2 Pro smartfonun standart buraxılışı ekranın aktiv hissəsinin yuxarı-sol küncündə quraşdırılmış ön kamera ilə təchiz olunmuşdur. Amma, Oppo Find X2 Pro xüsusi buraxılışının yeni təsvirində arxa panelin yenilənmiş dizaynı ilə yanaşı, ekran hissəsində ön kameranın olmadığını da görmək olar.

    Mənbələr, Oppo Find X2 Pro Lamborghini Edition smartfonunda, ön kamerının ekran səthinin arxasında yerləşəcəyini düşünür. Belə olduğu halda, bu model smartfon, bazarda ilk ekran-altı kameralı smartfon olacaq.

    Oppo Find X2 Pro Lamborghini Edition smartfonunun satışa buraxılma tarixi haqqında məlumat yoxdur.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.