Apple, iPhone smartfonlarını ödəniş terminalına çevirə biləcək startapı əldə etdi

Bloomberg nəşrinə görə, Apple, iPhone smartfonlarını mobil ödəmə terminalına çevirə biləcək texnologiya startapını əldə etdi. Monrealda yerləşən Mobeewave şirkətinin NFC çipi əsasında işləyən texnologiyası ilə, istifadəçilərin bir başa smartfonlarına kredit kartları və ya digər smartfonları toxundurmaqla onlara edilən ödənişləri həyata keçirmək mümkündür.

NFC çipləri, iPhone 6-dan bəri Apple şirkətinin bütün smartfonlarına daxil edilmişdir. Apple Pay, alıcılara pərakəndə satış mağazasında iPhone smartfonlarını post maşınına toxundurmaqla ödəniş etmək imkanı verir. Lakin, Mobeewave texnologiyasının əlavə edilməsi, istənilən iPhone smartfonları vasitəsi ilə ödənişləri qəbul etməyə imkan verə bilər və bunun üçün əlavə kart oxuyucusu kimi aparatlara ehtiyac olmayacaq.

Bloomberg nəşri qeyd etdi ki, Apple, Mobeewave şirkətini əldə etmək üçün təxminən 100 milyon dollar ödəyib və bu sazişə əldə edilən şirkətin mütəxəssisləri də daxildir. Şirkətlərdən heç biri sövdələşmə barədə fikir bildirməyib. Keçən il rəqib telefon istehsalçısı Samsung, Kanadada satış nöqtələrini yaratmaq üçün pilot layihədə Mobeewave ilə əməkdaşlıq etdi. Samsung şirkətin vençur şöbəsi Mobeewave şirkətinin investorlarından biridir.

Apple bu il, populyar hava tətbiqi olan Dark Sky daxil olmaqla daha bir neçə startap əldə etdi. Şirkət, Dark Sky tətbiqini iOS 14-də öz hava tətbiqinə inteqrasiya etdi. Avqustun 1-dən Dark Sky tətbiqinin Android versiyası ləğv olundu. May ayında Apple şirkəti, virtual reallıq vasitəsi ilə video yayımçısı olan NextVR şirkətini də əldə etdiyini təsdiqlədi.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.