Apple, MacBook veb-kameranın örtüklə yapışdırılmasının mənfi nəticəsi ilə bağlı xəbərdarlıq etdi

    Noutbuka quraşdırılmış veb-kamerasının vasitəsi ilə izlənməkdən ehtiyat edən istifadəçilər adətən, kameranın üzərini müxtəlif yapışqan vasitələrlə bağlayırlar. Bunun üçün, hətta qoruyucu kiçik pərdə və astarlar istehsal edən bazar da formalaşdı. Buna baxmayaraq, Apple, bu cür vasitələrin MacBook, MacBook Pro və ya MacBook Air noutbuklarında istifadə edilməsi nəticəsində ekranın zədələnməsi təhlükəsi barədə xəbərdarlıq edir.

    Şirkətin rəsmi saytının texniki dəstək bölməsində, MacBook ekranı zədələnməsi ehtimalı barədə Apple-ın izahatı haqda mətn dərc edildi. Sənəddə deyilir ki, noutbukun örtülü vəziyyətində üst qapaq və aşağı hissə arasındakı məsafə minimal qalır və o ara məsafəsi hansısa bir artıq obyektin yerləşməsi üçün hesablanmayıb. Bundan əlavə kameraya bayır işığı sensoru quraşdırılmışdır. Əgər onun üzəri örtülərsə bu, True Tone funksiyasının işləməməsinə və avtomatlaşdırılmış işıqlandırma tənzimləməsinin pozulmasına gətirib çıxarır.

    Apple hesab edir ki, MacBook sahiblərinin bu barədə narahatçılıqları əsassızdır. Belə ki, bu noutbuklar işıq diodlu indikatorlarla təhciz edilmişdir və kamera işlək olan zaman bu işıq diodu həmişə yanmış vəziyyətdə olur. FaceTime HD proqramını söndürülmüş işıq diodu ilə aktivləşdirmək qeyri-mümkündür. Şirkət həmçinin qeyd edir ki, Mojave 10.14-cü versiyasından başlayaraq macOS əməliyyat sistemində hər bir proqram üçün veb-kameraya giriş ehtiyacı yaranarsa, onda istifadəçiyə bildiriş göndərilir və onun təsdiqi tələb olunur.

    Əgər veb-kameranı bağlanması mütləqdirsə, Apple bunun üçün adi printer kağızından (0,1 mm) qalın olmayan və yapışqan izləri buraxmayan örtükdən istifadə etməyi məsləhət görür. Ondan qalın örtükdən istifadə edilərsə şirkət, noutbukun qapağını örtən zaman həmin örtüyün götürülməsinin məqsədə uyğun olduğunu bildirir.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.