Apple şirkəti AR eynəkləri üçün linzaların kütləvi istehsalına başlamaq niyyətindədir

    Apple son zamanlar, Genişləndirilmiş Reallığı (AR) dəstəkləyən qarniturlar üzrə nəzərə çarpan irəliləyiş əldə etmişdir. Bunu Apple Glasses eynəyinə də şamil etmək olar. İstinad edilir ki, AR eynəklərində istifadə ediləcək yeni yarışəffaf linzalar artıq prototipləmə mərhələsindədir.

    Bu cür linzaların və AR elektronikasının hazırlanması, iPad planşetlərin istehsalı ilə məşğul olan, Çinin cənub-qərb ərazisində yerləşən Chengdu Foxconn zavodunda həyata keçirilir.

    May ayında, layihə, minlərlə linzanın istehsalını nəzərdə tutan mühəndislik qiymətləndirmə testi (Engineering Validation Test) mərhələsinə keçid etmişdir . Ancaq avadanlığın istehsalı bir və ya iki ildən sonra başlanacaq. Sızmış məlumatlara görə, hazır məhsulun əldə edilməsi, 2022-2023-cü illər üçün gözlənilir.

    Qeyd edilir ki, AR eynəkləri üçün linzalar adi eynəklərdən fərqli olaraq bir az böyük olacaq. İstehsalda yaranan problem onların çətin quruluşlu və həssas olmasıdır. Görünür ki, şirkət yaranan problemlərin bir hissəsini artıq həll edə bilib.

    Xatırladaq ki, Huawei şirkəti də Genişləndirilmiş Reallıq eynəyi üzərində işləyir.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.