ASUS ROG Phone 3 5G oyun smartfonu bütün gözəlliyi ilə göründü

    22 iyulda, ASUS şirkəti oyun həvəskarları üçün güclü ROG Phone 3 5G smartfonunu elan edir. Bu cihazın press görüntüləri internet mənbələrinə təqdim edildi.

    @Evleaks kimi tanınan, çox sayda sızıntıların müəllifi Evan Blass, render edilmiş şəkilləri yayımladı. Cihaz, Full HD+ qətnaməli və 144 Hs yeniləmə tezliyi ilə 6.59 düymlük AMOLED ekrana sahib olacaq. Şəkillərdə göründüyü kimi, ön kamerası ekranın üst qırağında yerləşəcək.

    Arxa hissədə rəngli işıqlandırıcı ilə ROG loqotipi yerləşir. Şaquli sıra ilə yerləşdirilmiş üç kameraların tərkibinə, 64 meqapiksellik sensora malik olan kamera da daxil olacaq.

    Oyun telefonunun “ürəyi” olan Snapdragon 865 Plus prosessoru, 3,1 GHs takt tezliyinə malikdir. Təchizata 16 GB LPDDR5 operativ yaddaşı, 512 GB tutumlu UFS 3,0 yüksək sürətli fleş-yığıcısı və 30 vatlıq qidalandırıcı adapterinin dəstəyi ilə 6000 mAh tutumlu güclü batareyası daxil olacaq.

    Yenilik beşinci nəsil mobil şəbəkələrdə işləyə biləcək. Cihazda digər təchizatlar bunlardır: 13 meqapiksellik selfi kamera, Wi-Fi 802.11axBluetooth 5.1 simsiz rabitənin idarəediciləri, GPS / GLONASS/ Beidou / Galileo qəbuledicisi, USB Type-C çıxışı, NFC nəzarətçisi, ekran daktiloskopik skaneri və ön stereofonik dinamiklər.

    Oxşar xəbərlər

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.