Bloomberg News xəbər verir ki, Alphabet Inc. korporasiyanın törəmə şirkəti Google və Samsung Electronics Co. sövdələşmə barədə danışıqlar aparır. Əldə olunacaq razılaşmalar nəticəsində, Google məhsullarının Cənubi Koreya şirkətinin smartfonlarına daha çox inteqrasiya olunmasına imkan verəcək.
Danışıqlar, Google şirkətinə, Samsung smartfonlarında axtarış sistemlərinə daha yüksək səviyyədə nəzarət etmək imkanı verir. Samsung, dünyada ən böyük smartfon istehsalçısıdır, keçən il təxminən 300 milyon ədəd telefon sata bilmişdir. Google şirkətin Android sistemi artıq Galaxy cihazlarında əsas əməliyyat sistemi kimi istifadə edilir. Lakin potensial sövdələşmə Google rəqəmsal köməkçini və Play Store tətbiq dükanını Samsung cihazlarına daha çox inteqrasiya etməyə səbəb olacaqdır.
Amerika internet nəhəngi, Samsung istifadəçiləri ilə gündəlik olaraq daha yüksək səviyyədə əlaqəsini təmin edəcəkdir. Bununla yanaşı, Koreya şirkətinin rəqəmsal köməkçisi Bixby kimi mobil xidmətlərinin öz cihazlarında daha az inteqrasiya olunacağı deməkdir. Bu addım demək olaraq Samsung şirkəti üçün təslimdir. Lakin Covid-19 pandemiyası zamanı mobil cihazlarına tələbin azalması səbəbində şirkətin, əlavə gəlirlərə olan ehtiyacı artdı və əsaslı şəkildə tərəfdaşlarla sövdələşmə gücünü zəiflətdi.

Samsung intellektual mülkiyyətindən elə də asan imtina etməyəcək. Potensial razılaşmanın şərtləri məlum deyil. Buna baxmayaraq, bilinir ki, Google şirkəti, iPhone və digər Apple cihazlarında Safari veb brauzerin əsas axtarış sistemi olması üçün hər il milyardlarla dollar ödəyir.
Google və Samsung şirkətləri, Android əməliyyat sistemi əsasında gərgin, ancaq məhsuldar əməkdaşlığa malikdirlər. Amerikalı internet nəhəngi əsas proqramını pulsuz təmin edir. Lakin əvvəllər cihaz istehsalçılarından Play Store, Axtarış sistemi, Chrome və YouTube kimi kommersiya məhsullarını əvvəlcədən sistemə quraşdırılması tələb olunurdu. Bunun müqabilində Google şirkəti bəzən reklam gəlirlərini istehsalçılarla bölüşməyə razılıq verirdi.

Samsung, smartfonlar üçün özünün korporativ həllini yaratmağa çalışdı. Android sistemini əvəz etmək üçün, əvvəlcə Bada OS adlanan və daha sonra digər uğursuz mobil həlləri ilə birləşdirərək Tizen əməliyyat sistemi buna nümunədir. Samsung şirkətin Google köməkçisinə rəqib olan Bixby bir az müsbət rəy qazana bildi.
IDC araşdırma şirkətinin məlumatına görə, Samsung ilk rübdə 58 milyon smartfon realizə edə bildi. Lakin, sonunda pandemiya telefon satışını zəiflətdi və şirkət digər gəlir yollarından asılı vəziyyətə düşdü.
Hazırda, Google şirkətinə qarşı aparılan antimonopoliya qanunvericiliyinə əsaslanan araşdırmalara baxmayaraq sövdələşmələr müzakirə olunur. Araşdırmalar əsas olaraq Play Store xidməti ətrafında gedir. Google və Apple, Çindən başqa, dünyada mobil tətbiqetmənin istehsalçıları ilə istifadəçilər arasında hansı səviyyədə ünsiyyət qurulacağını müəyyənləşdirir. Texnoloji nəhənglər rəqəmsal bazarlarında bir çox satışdan 30%-ə qədər gəlir əldə edirlər. Samsung şirkəti Google ilə sövdələşməsi, Amerika şirkətinin tətbiqetmə istehsalçılarına daha da güclü təsir edə bilər.