Google bu tətbiqləri Play Store-dan sildi, indi siz də telefonunuzdan silməlisiniz

    Google Play Store telefonlarımızın funksionallığını artıran milyonlarla faydalı tətbiqlərin xəzinəsidir. Google şirkəti öz dükanında zərərli tətbiqlərin olmaması üçün çox çalışır. Ancaq buna baxmayaraq, bəzən zərərli tədbiqlər gözdən qaçır.

    Xoşbəxtlikdən, Google zərərli proqramları araşdıran yeganə şirkət deyil.

    Kibertəhlükəsizlik şirkəti Evina, yeni dərc olunmuş tətbiqlərin daxilində gizlədilən zərərli proqramlara qarşı sınaqlardan keçirir. Şirkət bu yaxınlarda Facebook istifadəçilərin məlumatlarını oğurlayan 25 tətbiqetmənin siyahısını dərc etdi.

    O vaxtdan bəri siyahıda olan tətbiqlər Google Play Store-dan silinib. Sizin telefonlarınızda bu tətbiqlər varsa, onları təcili şəkildə silmək lazımdır.

    Zərərli tətbiqlər istifadəçinin Facebook tətbiqini işə salmasını gözləyir. Sonra qısa zamanda brauzerdə saxta Facebook-a giriş səhifəsi açır və Facebook tətbiqinin üzərində göstərir. İstifadəçinin Facebook hesabına daxil olmaq üçün məlumatları oğrunun serverinə ötürürülür.

    Bəlkə də, təcrübəli istifadəçilər, edilən saxta keçidi görüb, bu hiyləyə düşməyəcəklər. Lakin az yaşlı uşaqlar və ya ilk dəfə Android telefonundan istifadə edən yaşlılar asanlıqla kiber cinayətkarların qurbanı ola bilər.

    Buna görə də quraşdırdığınız tətbiqlərdən ehtiyatlı olmalısınız.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.