Gorilla Glass 7 qoruyucu şüşəsi yeni rekordlar vurmağa hazırdır

    Corning şirkəti, böyük ehtimal ilə, mobil cihazları üçün xüsusi qoruyucu şüşəsinin yeni nəslini təqdim etməyə hazırlaşır. Qoruyucu şüşənin adı Gorilla Glass 7 olacağı gözlənilir. 

    Qeyd etmək lazımdır ki, Corning şirkətinin Gorilla Glass 6 qoruyucu şüşənin ilk dəfə təqdimatının üstündən artıq 2 il keçib. Şirkət öz veb səhifəsində yerləşdirdiyi qısa videolar ilə tezliklə yeni nəsil qoruyucu şüşəni bu yaxınlarda təqdim edəcəyinə işarə edir.

    İlk qısa videosunda Viktor adlı qorilla qəribə bir yemək bişirir və onun nə olduğunu istifadəçilərin tapmasını istəyir. 

    Videoların birində, şirkət, 2013-cü ildə təqdim etdiyi Gorilla Glass 3 qoruyucu şüşəsi ilə cızmalara müqavimət göstərmənin yeni bir standartını yaratdığını bildirib. Bu növ şüşə şirkət məhsullarının içində indiyə qədər ən populyarıdır.

    Digər videoda isə Corning şirkəti, Gorilla Glass 5 şüşələrinin quraşdırıldığı smartfonları bir metrdən çox yüksəklikdən bərk səthə düşən zaman yaranan zərərlərdən qoruduğunu və   2016-ci ildə  yeni rekordlara nail olduğunu qeyd edib.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.