Huawei şirkəti Google və Apple meqaşirkətlərinin inhisarçılığına güclü zərbə vurur

    Çin şirkətinə məxsus olan AppGallery mobil tətbiqlər dükanına çox sayda müstəqil xarici istehsalçıların diqqətini cəlb etmək üçün Huawei güclü bəyanat yaydı.

    Tətbiqetmə istehsalçıları AppGallery dükanında ilk bir il ərzində etdikləri satınalmalardan gələn gəlirlərdən Huawei şirkətinə komissiya ödəməyərək, tam 100%-ni əldə edəcəklər. Bu bəyanat oyunlardan başqa bütün tətbiqetmələrə şamil olacaq.

    Qeyd edək ki, AppleGoogle şirkətləri mobil dükanlarında edilən hər bir satınalmadan 30% komissiya götürür və buna nəzərən Huawei tərəfindən edilən təklif istehsalçılar üçün çox maraqlı və perspektivli bir addımdır.

    Startaplara və azad tətbiq istehsalçılarına dəstək vermək, eləcə də informasiya texnologiyaları bazarını stimmullaşdırmaq üçün bu, Huawei tərəfindən atılan addımdır. Növbəti illərdə təhsil tətbiqetmələrdən əldə edilən gəlirlərin 90%-i, qalan tətbiqlərdən isə gəlirlərin 85%-i istehsalçılara qalacaqdır. Birinci və növbəti illər ərzində mobil oyunu istehsalçıları isə qazancın 85%-nə sahib olacaqlar.

    Oxşar xəbərlər

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.