Microsoft Windows 10 yenilənmiş Başlat (Start) menyusunu təqdim etdi

    Microsoft, sistem mühəndisləri və proqramçıları üçün xüsusi kanalında Windows 10 Developer Preview 20161 adlı yeni Windows 10 yığımını dərc etdi. Bu yığımda yenilənmiş Başlat menyusu və yenidən tərtib olmuş nişanlar tətbiq edilib. Menyuda olan hərəkətli bloklar şəffaf fonda düzəldilib. Ümumiyyətlə, menyu eyni qalıb, sadəcə görüntü olaraq yenilənib.

    Başlat menyusunun rəngini dəyişdirmək mümkün olacaq. Bunun üçün əvvəlcə Windows-un qaranlıq mövzusunu seçərək və rənglər çalarlarının seçimindən istifadə edərək istənilən rəngi seçmək mümkün olacaq.

    Digər bir yenilik isə, Alt+Tab düyməsini basdıqda, sistemdə açıq pəncərələr göründüyü zaman Microsoft Edge brauzerinəki pəncərələr də kiçik görüntü rejimində görünəcək. Brauzerdə çox sayda pəncərələr açıqdırsa, son üç və ya beş pəncərənin kiçik eskizi görünəcək. Bu rejimi tamamilə söndürmək mümkündür.

    Yeni Windows 10 yığımında Xbox Live istifadəçiləri üçün Xbox App tətbiqinin qoşulması və ya Android istifadəçiləri üçün Telefonun qoşulması ilə standart tapşırıq panelin (taskbar) görünüşünü fərdiləşdirmək olacaq. Bu funksiya, kompüterdə yeni hesabın yaradılması və ya hesaba ilk giriş zamanı mümkün olacaq, buna görə mövcud tapşırıq paneli dəyişməz qalacaq.

    Bildirişləri tez bağlamaq üçün yuxarı-sağda yerləşən bağla düyməsindən istifadə etmək olacaq. 

    Microsoft hətta Parametrlər tətbiqini yeniləyəcək. Köhnə İdarəetmə Panelində (Control Panel) olan düymələr Parametrlər pəncərəsində olan Haqqımızda səhifəsinə yönəldəcək. Bu səhifə, köhnə İdarəetmə panelinə bənzər, amma daha da təkminləşmiş sistem idarətmə imkanlarına sahib olacaq. 

    Microsoft bütün yenilikləri tam şəkildə ərsəyə gətirəcəyini vəd edir, bunun üçün onların hələ kifayət qədər vaxtları var. Yeniliklər Windows 10-un istifadəçi versiyasında, çox güman ki, payızda və ya daha da əvvəl təqdim oluna bilər.

    Mənbə: The Verge

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.