Intel Core i7-1165G7 prosessoru Ryzen 7 4800U-dan daha sürətlidir

    Geekbench 5 məlumatlar bazasında, Intel Core i7-1165G7 prosessorunun sınaq nəticələri göstərildi. Adı çəkilən prosessor Tiger Lake xəttinin dörd nüvəli nümayəndəsidir.  Intel tərəfindən təqdim olunan bu prosessor tək və çox nüvəli rejimdə işləyən AMD Ryzen 7 4800U ilə müqayisə olunur.

    Göstərilən nəticəyə görə, Ryzen 7 4800U tək axınlı testdə 5584 bal topladığı halda, Core i7-1165G7 eyni testdə ümumi olaraq 6737 bal toplayıb. Nəzərinizə çatdıraq ki, bu test üçün takt tezliyi daha önəmlidir. Core i7-1165G7 prosessorun takt tezliyi 2,8 – 4,7 GHz olan halda, Ryzen 7 4800U prosessorunda göstəricilər 1.8 – 4.2 GHz olaraq aşağıdır.

    Amma, Ryzen 7 4800U prosessoru çox axınlı testdə 27538 bal toplayıb.  Intel-dən olan prosessor bir az geridə qalaraq 23414 bal toplaya bilib. Bunun səbəbi AMD çipi Intel çipi ilə müqayisədə sayca iki dəfə çox fiziki və virtual nüvəyə malik olmasıdır.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.