Kodak foto kağız və reaktivlərin istehsalı biznesini çinlilərə satdı

    Kodak ticarət markası, Kodak Alaris (Britaniya) və Eastman Kodak Company (ABŞ) şirkətlərinə məxsusdur. Britaniya şirkəti foto kağız, fotokimyəvi maddələr və lentlərin istehsalı üzrə biznesin böyük hissəsinin satışı barədə açıqlama verdi. Sövdələşmənin məbləği barədə heç bir məlumat yoxdur. Özünü Kodak məhsulu üzrə rəsmi distributor kimi təqdim edən, böyük Çin şirkəti Sino Promise Holdings biznesin alıcı olduğu məlumdur. Faktiki olaraq bu şirkət, son illər ərzində Çindəki zavodlarında Kodak foto kağızları və reaktivlərı istehsal edirdi.

    Kodak şirkətinin 2012-ci ildə iflasından sonra, UK Kodak Pension Plan (Kodak şirkətinin Britaniya üzrə təqaüd planını) 2,8 milyard dollar məbləğində ödəmə tələb etdi. Problemin aradan qaldırılması üçün şirkətin iki fəaliyyət istiqamətini əldə edən, yeni Kodak Alaris şirkəti yaradıldı.

    Mövcud məlumatlara görə, Kodak Alaris, hələ 2019-cu ilin əvvəlindən, həmin vaxt 34 milyon dollar dəyərində qiymətləndirilən foto kağız, reaktiv və lentlərin istehsal fəaliyyətləri üçün alıcı axtarırdı. Məlumdur ki, kağız və reaktivlərin istehsalı ümumi biznesin 56%-ni, rentgen aparatları üçün lentlər də daxil olmaqla, lentlərin istehsalı isə 36%-ni təşkil edir. Kodak Moments bölməsi isə satışa daxil olmayan lentlərin istehsalı, onlayn foto xidmətləri, foto dükan və qarışıq növ xidmətlərlə məşğul olacaq.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.