Apple, Samsung şirkətinə təqribən bir milyard dollar ödədi

    Display Supply Chain Consultants analitiklərin sözlərinə görə, 2020-ci ilin ikinci rübündə əvvəlcədən razılaşdırılmış miqdarda OLED paneli almadığı üçün, Apple, Samsunga təqribən 950 milyon dollar ödədi.

    Samsung keçən həftə, 2020-ci ilin ikinci rübünün mənfəət və əməliyyat gəlirləri ilə bağlı proqnozu ilə bölüşdü.  Bu proqnozda, ekran istehsalı biznesində gözə çarpan artım olduğu müşahidə edildi. Mənbəyə istinadən, bu ödəmə həmin vaxt Apple tərəfindən daxil olub. Apple smartfonlar üçün OLED panelini planlaşdırdığından daha az sayda alıb.

    Apple şirkətinin üçüncü maliyyə rübündə və ya ümumiyyətlə ikinci təqvim rübündə, ABŞ-da və digər öləkələrdə pərakəndə satış mağazalarının fəaliyyəti dayandığı üçün iqtisadi qeyri-müəyyənliklə yanaşı satışlara ciddi təsir göstərdi. Hal-hazırda ABŞ-da koronavirus pandemiyası davam etməsi səbəbindən bir çox mağazalar yenidən bağlanmaq məcburiyyətindədir.

    Yuxarıda göstərilən ödəmə, Apple-nin nəzərdə tutduğu qədər iPhone smartfonu sata bilmədiyi səbəbindən, Samsung-a əlavə OLED paneli sifariş etməməsinədən xəbər verir.

    Apple həmçinin, Çin və dünyanın digər ölkələrində smartfonlar satışının pis olması səbəbindən, OLED displeylərini, nəzərdə tutulduğundan daha az aldı. Buna görə də, 2019-cü ilin iyulunda, Samsung şirkətinə 683 milyon dollar ödəniş etdi.

    Apple, 30 iyul cümə axşamı üçüncü maliyyə (ikinci təqvim rübü) ərzində gəlirləri barədə məlumat verməyi planlaşdırır.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.