Microsoft itirilmiş və ya silinmiş məlumatları bərpa etmək üçün yeni bir alət yaradıb

    Windows File Recovery tətbiqi proqram artıq Microsoft Store-un onlayn mağazasında pulsuz olaraq mövcuddur.

    Microsoft şirkəti Windows 10 istifadəçiləri üçün yeni bir tətbiqi proqram təqdim edib. Proqram, məlumatları təsadüfən silən və ya itirən istifadəçilər üçün faydalı bir vasitə olacaq.

    Windows File Recovery proqramı Microsoft Store-un onlayn mağazasında pulsuz yükləmə üçün mövcuddur.

    Alət fotoşəkilləri, sənədləri, videoları və digər məlumatları bərpa etmək üçün interfeysin komanda sətrindən istifadə edir. Microsoft qeyd edir ki, məlumatları hətta yaddaşdan sildiyiniz və artıq onları “Zibil” qutusundan bərpa edə bilmədiyiniz hallarda belə bərpa etmək mümkün olacaq. USB cihazlarında və SD yaddaş kartlarında da məlumatları bərpa edə biləcəksiniz. Alət şəbəkə və bulud anbarları dəstəkləmir. JPEG, PDF, PNG, MPEG, Office sənədləri, MP3, MP4 və ZIP, NTFS, FAT, exFAT və ReFS fayl sistemləri daxil olmaqla bir çox fayl növlərini dəstəkləyir.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.