Twitter-ə hücum nəticəsində hakerlər İlon Mask, Bil Qeyts və Apple adından bitkoin istədilər

    15 iyulda Twitter sosial şəbəkəsinə istiqamətlənmiş böyük miqyaslı haker hücumu baş vermişdir.

    Cinayətkarlar sosial şəbəkənin proqram tərəfindən yaranan boşluğundan istifadə edərək İlon Maskın, Bil Qeytsin, Baraka Obamanın, Apple şirkətinin, Uberin və bir çox təsdiq edilmiş istifadəçilərin sosial şəbəkə hesablarına giriş əldə ediblər. Ümumi olaraq 140 milyona qədər hesab ələ keçirilmişdir.


    Cinayətkarlar, məşhur insanların adından, özlərinin pul kisələri üçün bitkoin göndərməyi xahiş edirdilər. Bir çox postlarda, əsasən, eyni bitkoin hesab nömrəsi qeyd edilirdi. Bu çağırışa, yüzlərlə insan cavab verdi və köçürülmələrin ümumi miqdarı 12,5 bitkoin (115 min ABŞ dollarından çox edir) təşkil etdi. Bu cür çağırışlar sosial hesablarda bir neçə dəqiqə davam etdi və sonradan postlar silindi.

    Twitter komandası, bu hadisəyə çox tez reaksiya verərək bütün təsdiq olunmuş sosial hesablardan oxşar məlumatların göndərilməsi imkanının qarşısını aldı. Bundan əlavə şirkət dərhal kompromatlaşdırılmış bütün profilləri blokladı. Hal-hazırda artıq onların bir-neçəsinə giriş bərpa edilib. Hadisə ilə əlaqədar araşdırma aparılır. Həmçinin Federal Təhqiqat Bürosu (FBI) da bu araşdırmaya cəlb edilib.

    Vice nəşriyyatının araşdırmasına görə, bu qarət sosail şəbəkə işçilərinin köməyi vasitəsi ilə həyata keçirilmişdir. Azından, hakerlərin xüsusi qruplarından sızan ekran görüntüləri, sübut edir ki, şirkət işçiləri üçün nəzərdə tutulan xüsusi idarəetmə paneldən istifadə olunub. Hər halda onun sayəsində hakerlərin sosial şəbəkənin hesablarına qeyri-qanuni giriş əldə edə bildilər.

    Oxşar xəbərlər

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.