Huawei şirkətinin patent sənədləri internetdə aşkar edildi. Bu sənəd qeyri-adi konstruksiya xüsusiyyətinə sahib olan, yeni geyinə bilinən cihazı – Genişləndirilmiş Reallıq (AR) eynəyini təsvir edir.
Cihazın hazırlanması haqqında məlumat Çin Xalq Respublikasının Milli Əqli Mülkiyyət İdarəsinin saytında dərc edilmişdir. Göründüyü kimi əyri dəstəyin birində geri-çəkilən periskoplu kamera modulu mövcuddur.

Kamera modulu nəinki geri-çəkilə bilər, hətta 180 dərəcə dönə bilir. Buna görə də, istifadəçi başını tərpətmədən gözləri ilə hara nəzər yetirir, kamera ora da istiqamətlənir.
Kameranı və çəkiliş istiqamətini idarə etmək üçün istifadə ediləcək yardımçı smartfon tətbiqi barəsində patentdə qeydlər var. Kameraya ehtiyac olmadığı halda eynəyin korpusu daxilində gizli qalır. Hal hazırda, bu cihazın kommersiya məhsulu olacağı haqqında heç bir məlumat yoxdur.