Nokia yeni əməliyyat sistemini təqdim etdi. Apple, artıq bu sistemdən istifadə edir

    Süni İntellekt, Böyük verilənlər (Big Data), AR, VR, bir sözlə dördüncü sənaye inqilabı (Industry 4.0) dövründə yeni texnologiyaların tətbiqi sahəsində məlumatların həcmi qeyri-adi şəkildə sürətlə böyüyür. Bir çox şirkətlər böyük həcmli məlumatları və verilənlər bazasının daha səmərəli istifadə etmək üçün həll yollarını araşdırırlar. Nokia şirkəti, informasiya sistemləri və innovasiyaları üzərində əsaslanmış bir şirkət kimi çox maraqlı bəyanat ilə çıxış etdi.

    Nokia, verilənlər mərkəzləri (data center) üçün nəzərdə tutulmuş Nokia Service Router Linux (SR Linux) adlı yeni nəsil şəbəkə əməliyyat sisteminin (network operating system – NOS) yaradılması ilə bağlı məlumat dərc etdi. Bundan əlavə şəbəkənin avtomatlaşdırılması və istismarı üçün Nokia Fabric Service Platform (FSP) adlı köməkçi alətlər dəsti də təqdim edilmişdir. 

    Nokia şirkətinin yeni əməliyyat sistemi və biznes platforması, Apple də daxil olmaqla dünyanın bir çox IT şirkətləri ilə əməkdaşlığı nəticəsində yaradılmışdır. Hal-hazırda Apple, yeni nəsil sistemini öz verilənlər mərkəzində quraşdırır.

    Yaradıcıların iddialarına görə Nokia SR Linux əsl “memarlıq nailiyyətidir”. Ən yeni mikroservislərə (kiçik, sadə protokollarla sərbəst işləyən proqram təminatı toplusuna) əsaslanan ilk şəbəkə əməliyyat sistemidir. Nokia FSP, şəbəkə əməliyyatlarının həyata keçirilməsi üçün buludlu xidmətlərin təchizatçılarına lazım olan alətlər dəstini təqdim edir.

    Nokia şirkətinin təqdim etdiyi verilənlər mərkəzləri üçün yeni həll, şəffaflığını, rahatlığını, davamlılığı və avtomatlaşdırmanı təmin edir. Daha ətraflı məlumat Nokia şirkətinin rəsmi saytında təqdim olunub.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.