Instagram TikTok proqramını klonladı

TikTok ən böyük iki bazarında qadağalarla üzləşdi. Mövcud vəziyyət, rəqiblərin mövqelərini möhkəmləndirməyə və bu bazarlarda yaranan boşluğu doldurmağa başlamasına səbəb oldu. Instagram da fürsəti əldən buraxmamaq üçün öz TikTok klonu olan Reels xidmətini yaymağa başladı.

Reels hazırda Explore bölməsində yerləşir, lakin Instagram bununla dayanmaq niyyətində deyil. Şirkət hazırda istifadəçiləri yeni məhsulun baş ekranda daha yaxşı görünməsinə şərait yaradaraq, Reels xidmətini daha fəal istifadəsinə fürsət verməyə çalışır.

Bu yaxınlarda bir çox Instagram istifadəçisi naviqasiyanın alt çubuğundakı axtarış nişanın Reels nişanı ilə əvəz olunduğunu gördü. Axtarış nişanından tez-tez istifadə olunduğunu nəzərə alsaq, istifadəçilər bu dəyişməni bəyənmədilər. Axtarış nişanın hazırda, təqdim olunan təsvirlərdə göstərildiyi kimi, DM düyməsinin yanında, başlıq tərəfdə yerləşdirildi.

Yeni Reels nişanını bir çox istifadəçilər görə bilmirlər. Bu hal, ya az sayda istifadəçi ilə xidmətin sınanması ya da hər kəsə tədricən təqdim ediləcəyi anlamına gələ bilər. Onu da əlavə etmək lazımdır ki, əvvəllər IGTV üçün oxşar nişan əlavə edilmişdir. Daha sonra, Instagram şaquli video xidməti kifayət qədər populyarlıq qazana bilmədiyi üçün nişan naviqasiyanın alt çubuğundan yığışdırıldı.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.