Microsoft, mülki aviasiya simulyatoru olan Microsoft Flight Simulator (Microsoft Uçuş Simulyatoru) oyunun buraxılma tarixi və satış qiyməti barəsində təfərrüatları açıqladı. Oyun avqust ayında dərc ediləcək. Ancaq oyun haqqında bir çox detallar hələ də mücərrəd olaraq qalır. İstehsalçılar fərqli sayda təyyarə və hava limanlarına rast gəlinən üç versiyanı təklif edəcəklər.
Əsas versiyaya 20 təyyarə və 30 hava limanı daxildir. Digər bahalı buraxılışlarda isə onların sayı daha da çoxdur. Əlavə pul ödəməyə dəyərmi? Bu barədə fikir ayrılığı yaransa da, qeyd etmək lazımdır ki, oyunçular pul ödəyən zaman demək olar ki, “dünyanın bütün hava limanlarına” çıxış əldə edəcəklər. Bu barədə şirkətin nümayəndəsi açıqlama verdi.
Microsoft Uçuş Simulyatoru, şirkətin Bing xəritəsində qeyd edilən və dünyadakı təqribi sayı 37 min olan bütün hava limanlarını özündə cəmləşdirir. Ancaq biz bu hava limanlarından maksimal dərəcədə reallıq əldə etmək üçün cəmi 40-nı xüsusi olaraq işləyib hazırlamışıq. Onlardan, Standart nəşrə 30-u, Delüks nəşrə 35-i, Premium Delüks nəşrə isə 40-ı daxildir.

Microsoft vurğuladı ki, qeyd edilmiş hava limanların obyektləri əl ilə istənmişdir. Digərləri isə xüsusi proqram skripti əsasında avtomatik hazırlanmışdır. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən hava limanları xüsusi detalları ilə, işlənmiş hava limanlar siyahısında mövcud deyil.