Minlərlə World of Warcraft oyunçusu Bayron “Reckful” Bernşteynin xatirəsini yad etdilər

    Bayron Bernşteyn (Byron Bernstein), “Reckful” ləqəbi ilə tanınan World of Warcraft oyunun keçmiş peşəkar oyunçusu və çox populyar yayıncı idi. Yaxınları 2 iyulda uzun müddət depresiyadan əziyyət çəkdiyindən intihar etdiyini bildirdi.

    Reckful artıq bir neçə il idi ki, World of Warcraft oyunun top oyunçuları sırasına daxil olmuşdu və ictimaiyyətdə kifayət qədər məşhur olmağı bacarmışdı. Bu səbəbdən, Kütləvi Çoxnəfərli Onlayn Rol Oyununda (MMORPG) oyunçular “Stormwind” virtual şəhərində yerləşən kilsədə yığışaraq onun xatirəsini yad etmək qərarına gəldilər.

    Oyunçular Alyans (oyun daxili fraksiya) ərazisinə yığışan zaman, bura Orda (Alyansa qarşı mübarizə aparan fraksiya) tərəfdarları da gəlmişdi, ancaq qarşı tərəfdən heç bir münaqişə yaranmadı. Təşkilatçıların nümayəndəsi kimi World of Warcraft oyunun tanınmış yayıncısı olan Asmongold çıxış etdi. Yığıncaq zamanı onun çıxışını yüz mindən çox tamaşaçı izləyirdi.

    Asmongoldun sözlərinə görə, bu hadisə oyunçular tərəfindən təşkil edilən, World of Warcraft tarixindəki ən böyük izdiham oldu.

    Bu gün, biz, oyunun ən böyük xatirəsini deyil, həm də World of Warcraft tarixində oyunçuların təşkil etdiyi ən böyük tədbirin şahidi olduq. Belə vaxtlarda pis insanların necə olacağını düşünmək asandır, amma səmimiyyəti və xeyirxahlığı unutmamalıyıq.

    Daha sonra yüzlərlə oyunçu memorialdan öz ekran görüntülərini paylaşmağa başladı. Bəzi serverlərdə o qədər oyunçu personajları var idi ki, onları saymaq mümkün olmurdu.

    World of Warcraft oyunun müəllifləri də ictimaiyyətə qoşulmuşdular.

    Warcraft komandası, tarixdə World of Warcraft-ın ən yadda qalan oyunçularından birinin ölümü haqqında xəbərlə kədərləndilər. Hüzur içində yat Bayron “Reckful” Bernşteyn. Bayronun ailəsinə, dostlarına və dünyadakı bir çox azarkeşə başsağlığı veririk.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.