PlayStation 5 oyun qabları necə tərtib olunacaq.

    Şüa izləməsi (Ray tracing), sürətli yükləmələr, artırılmış qrafik detallar və PlayStation 5 konsolun digər xüsusiyyətləri əlbəttə xoşa gələn amillərdir. Amma, disk qablarının tərtibatı haqqında nə demək olar? Sony PlayStation bloqunda bu mövzuya xüsusi yazı həsr etmək qərarına gəldi.

    Şirkət, Marvel’in Hörümçək-adamı: Maylz Morales (Marvel’s Spider-Man: Miles Morales) oyunun disk qutusunun tərtibatının təsvir nümunəsini təqdim etdi. Məlumatda heç bir açıqlama edilməyib. Tərtibatçılar gələcək nəsil konsola məxsus olan rənglərdən istifadə ediblər. Adətən eksklüziv oyunların qutuları üzərində yazılan “Yalnız PlayStation-da” ifadəsi yeni tərtibatda görünməyib. Sony şirkətlər ailəsinin istehsal etdiyi oyunlar PlayStation Studios adı altında yayılacaq və bunu qabın üz tərtibatında görünən loqotip ilə müşahidə etmək olar.

    Xatırladaq ki, Marvel’in Hörümçək-adamı: Maylz Morales oyunu eksklüziv olaraq gələcək nəsil konsolu PlayStation 5 üçün 2020-ci ilin sonunda satışa çıxacaq.

    Oxşar xəbərlər

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.