Techland-ın başçısı pandemiya zamanı özünə sürətlə sərvət qazandı

    Forbes-in Polşa şöbəsi ən varlı polyakların əcaib siyahısını tərtib etdi. Siyahıdakı yerlər pandemiya zamanı sərvətlərinin nə qədər sürətlə və nə dərəcədə böyüməsinə görə ayrıldı.

    Böhran dövründə oyun sənayesi nəinki mövqeyini itirmədi, tam əksinə sənaye nümayəndələri tez zənginləşərək zirvələrə yüksəldi. Techland Studiyasının rəhbəri Pavel Markhevka siyahıda ən öndədir. İndiki sərvəti bir milyard dollardan çoxdur və miqdarın yarısından çoxunu pandemiya zamanı qazanıb.

    CD Projekt RED-in həmtəsisçiləri, Marçin İvinskiy və Mixal Kiçinskiy də üçüncü və dördüncü yerləri tutaraq siyahının ön sıralarındadır. Onların sərvətləri təxminən bərabərdir: 1,2 milyard və bir milyard dollar. Dünyaya yayılmış koronavirus, müvafiq olaraq polyaklara 390 və 330 milyon gəlir gətirdi.

    CD Projekt RED şirkətinin vitse-prezidenti Peter Nelyuboviç 193 milyon qazanaraq beşinci yeri tutdu və şirkətin hazırkı rəhbəri Adam Kiçinsky siyahıda onuncu oldu: karantin ona yüz milyon dollardan bir qədər çox gəlir gətirdi.

    Varlanma sürətinə görə ilk onluğa Maçey Popoviç (Ten Square Games), Kşiştof Kostovskiy və Mixal Koletskiy (PlayWay) da daxildirlər.

    Yalnız siyahıda olan iş adamlardan ikisi oyun sənayesinə aid deyil və onlar ən böyük pərakəndə satış şəbəkəsi Dino Polska-nın təsisçisi və Polpharma dərman firmasının sahibidir. Hər bir böhranda həmişə qida məhsullarına və dərmanlara tələbat olur.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.