Qisasçılar: Sonsuzluq savaşı filmindən xoşagəlməz xəbər. Filmin vacib səhnəsi ixtisar edildi

    Sosial şəbəkədə məşhur blokbasterdən əvvəl seyr edilməmiş hissə yayıldı. Marvel studiyasının son layihələrindən biri olan Qisasçılar: Sonsuzluq savaşı (Avengers Infinity War) filmi çox layiqli alınsa da, filmin istehsalı zamanı bir çox maraqlı səhnə ixtisar edilmişdir. Buna səbəb, filmin xronometrajıdır. Həmin ixtisarlar səbəbindən bir neçə süjet xətti açıq olaraq qalır. Halkın hekayəsini buna misal gətirmək olar.

    Twitter istifadəçisi, bork_21 “əsl möcüzə” yaradaraq komiksin ixtisar edilmiş bir hissəsini paylaşdı. Video çarxda HalkBryus Bennerin şüurunun birləşməsi nəticəsində ağıllı nəhəngin yaranması lentə alınıb.

    Videoda Qara dul qəhrəmanı Halka yaxınlaşır və hipnozun köməyi ilə onu sakitləşdirməyə çalışır. Ancaq nəhəng birdən danışmağa başlayaraq izah edir ki, artıq o, daxilindəki əcaib məxluqa qalib gəlib. Kinotənqidçilərin sözlərinə görə, bu səhnənin ixtisarına səbəb, Sonsuzluq savaşı filminin süjet xəttindəki super qəhrəmanın məğlubiyyətidir. Ancaq Halk ilə görüş səhnəsi, buna tamamilə ziddir, çünki qəhrəman daxili probleminə özünəməxsus qalib gəlir.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.