ABŞ Windows və iPhone-u Azərbaycana lisenziyasız satmağı qadağan edir

ABŞ Windows və iPhone-u Azərbaycana lisenziyasız satmağı qadağan edir

    ABŞ bir sıra ölkələr üçün malların tədarükünə aid olan ixraca nəzarəti qaydalarını növbəti dəfə sərtləşdirdi. İyunun 29-da ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu (BIS) tərəfindən hazırlanan həssas texnologiyaların potensial ixracını məhdudlaşdıran iki yeni qayda qüvvəyə mindi. Bu qaydalar Azərbaycanda, Rusiyada, Çində, Venesuelada, Ukraynada, Belarusiyada, Qazaxıstanda və İraqda tətbiq olunacaq.

    License Exception CIV authorizes exports and reexports of items on the CCL that have a license requirement to D:1 countries for NS reasons only, provided that the items are destined for civil end users for civil end uses only. Effective June 29, 2020, BIS is eliminating this license exception.  As a result, licenses will be required to export, reexport or retransfer any items subject to the EAR and subject to an NS control to D:1 countries.  Country Group D:1 currently includes China, Russia, Iraq, Ukraine, and Venezuela, as well as Armenia, Azerbaijan, Belarus, Cambodia, Georgia, Kazakhstan, Kyrgyzstan, Laos, Libya, Macau, Mongolia, Moldova, North Korea [also subject to U.S. embargo], Tajikistan, Turkmenistan, Uzbekistan, Vietnam, and Yemen.

    Birinci qayda Amerika ixracatçılarına nisbətən geniş çeşiddə malların Azərbaycana və yuxarıda qeyd olunan digər ölkələrə lisenziyasız çatdırmaq imkanını ləğv edir. Bu mallar kateqoriyasına mülki istehlakçıların mülki istifadəsi üçün nəzərdə tutulmuş mallar daxildir. Söhbət rulmanlar, yarımkeçiricilər, kompüterlər, telekommunikasiya avadanlıqları, radar sistemləri, təyyarə mühərriklərinin istehsalı üçün avadanlıq və digər texnoloji avadanlıqlardan gedir. Yeni qaydaya əsasən, bundan sonra bu malların yalnız mülki məqsədlər üçün istifadə olunsa belə, ixracatçı ABŞ Ticarət Departamentindən xüsusi lisenziya almalı olacaq.

    İkinci qayda malların “hərbi istifadəsi” anlayışını genişləndirir. Qayda müdafiə sektorunun Amerika mallarını, texnologiyalarını və proqram təminatını əldə etmək üçün onsuz da minimal qabiliyyətini azaldır. “Hərbi istifadəçi” dedikdə silahlı qüvvələr, milli polis, milli qvardiya, kəşfiyyat xidmətləri nəzərə alınacaq.  Xidməti və funksiyaları hərbi istifadəni dəstəkləmək üçün nəzərdə tutulmuş hər hansı bir şəxs və ya təşkilat belə hərbi istifadəçi kimi yeni qaydada qeyd olunur.

    Pillsbury Winthrop Shaw Pittman beynəlxalq hüquq firmasının bloqunda qeyd olunur ki, yeni qaydalara əsasən, bu cür məhsulların siyahısına indi iPhone və Microsoft Windows-un nüsxələri daxil edilmişdir. Onların “hərbi” istifadəçilərə satılması demək olar ki, mümkün olmayacaq.  

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.