Ağıllı saat Samsung GalaxyWatch 3: yeni təfərrüatlar

The Verge verdiyi məlumata görə, TechTalkTV adlı YouTube kanalında Samsung Galaxy Watch 3 haqqında ətraflı video paylaşıldı.

Son aylar ərzində bir sıra sızma vasitəsi ilə bu saat haqqında artıq kifayət qədər məlumat var, ancaq hazırkı video Samsung GalaxyWatch saatının 41mm versiyasının daha ətraflı görüntüsünu təqdim edir.

Əvvəlki şayiələrə uyğun olaraq, GalaxyWatch 3 ağıllı saatı, fiziki olaraq fırlanan bezel və siferblatın sağında yerləşən iki düymə ilə təqdim ediləcək.

Videoda göstərilən 1,2 düymlük ekranlı 41mm ölçüdə olan modeldən əlavə, 1,4 düymlük ekranlı 45mm ölçülü modelin də mövcud oldğu bildirilir.

Saat eyni zamanda IP685ATM suya davamlı reytinqlərinə malikdir, bu da saatın 10 dəqiqə ərzində 50m dərinliyə tab gətirə biləcəyi deməkdir. TechTalkTV qeyd edir ki, Samsung GalaxyWatch 3 ürək döyüntüləri, qan təzyiqi və elektrokardioqrafiya sensorlarına malikdir.

Qeyd etmək lazımdır ki, bu yaxımlarda jest ilə idarə etməni nümayiş etdirən smartwatch tətbiqetməsi Play Store mağazasında göründü. 

GalaxyWatch 3 ağıllı saatı, Samsung şirkətinin 5 avqustda elan edəcəyi beş cihazın siyahısında olacağı gözlənilir. TechTalkTV kanalın verdiyi məlumata görə, qatlanan Galaxy Z Fold 2 smartfonu, simsiz GalaxyBudsLive qulaqcıqları, GalaxyTab S7 tableti və əlbəttə ki, GalaxyNote 20 smartfonu da təqdimat olunacaq.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.