Reklam blokatorlarına görə YouTube videoları Microsoft Edge-də işləmir

    Microsoft şirkəti, Chromium mühərriki əsasında işləyən Microsoft Edge brauzerini fəal şəkildə təbliğ edərək dünyada populyarlıq üzrə ikinci yerə çıxarmağı bacardı. Lakin, bu yaxınlarda məlum oldu ki, bəzi istifadəçilər brauzerdə reklam blokatoru işə salındıqda YouTube-da videoları izləyə bilmirlər.

    İstifadəçilər YouTube-da hər hansı bir videonu açmağa çalışdıqları zaman “Səhv meydana gəldi. Zəhmət olmasa bir az sonra yenindən cəhd edin.” ismarışı ilə üzləşirlər. YouTube üçün AdBlock, AdBlock Plus və ya AdBlock-a bənzər blokatorlardan istifadə edənlər bu problem ilə rastlaşır. Digər brauzerlərdə oxşar problem yoxdur.

    Şirkət problemin həllini təqdim etməsə də, belə bir problemin olduğunu qəbul etdi. Texniki dəstəkdə, müvəqqəti olaraq blokatorları söndürmək və onsuz videolara baxmaq tövsiyə olunur. Bu halda da, reklam çarxlarına baxmaq məcburiyyətində olurlar. Brauzeri dəyişdirmək alternativ çıxış yoludur.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.