Artıq, Android 10 və iOS 13 əməliyyat sistemlərini tünd rənglərdə görüntüləmək üçün Qaranlıq mövzusundan istifadə edə bilərsiniz. Əgər qaranlıq rejimi sistem səviyyəsində yox, yalnız Gmail tətbiqində istifadə etmək istəyirisinizsə, Google sizə belə imkanı yaradıb.
Facebook Messenger, Reddit və Slack kimi tətbiqlər sayəsində qaranlıq rejim çox populyar olduğundan, Google və Apple şirkətləri, bu rejimi sistem səviyyəsində tətbiq etmək imkanı yaratmışdır. İndi qaranlıq rejimi demək olar ki, hər yerdə istifadə etmək olar.
Qaranlıq rejimin sayəsində batareyanın istifadə müddətinə bir az qənaət etmək olar (mobil cihazlar OLED ekranı ilə təmin olunubsa) və gecə saatlarında ekrana baxmaq gözlərinizi daha az gərginləşdirəcək.

Google, qaranlıq rejimi ilk dəfə 2019-cu ildə Android Pie sisteminə əlavə etmişdi. Lakin, mövzu çox yayılmadı. Daha çox istifadəçisi olan Android 10 əməliyyat sistemlərində qaranlıq rejim daha geniş yayılacaq. Sistem mövzusundan istifadə edən tətbiqlər, açıq rəngləri tünd rənglərinə və əksinə çevirərək, avtomatik olaraq yeni qaranlıq rejimini qəbul edəcəklər. Apple əməliyyat sisteminin yeni buraxılışında divar kağızları, vidcetlər və bildirişlərdən təqvim və mesajlara qədər qara mövzudan geniş istifadə edilə bilər.
Android 10-da Gmail tətbiqinin qaranlıq rejimini parametrlərdən işə salın.
Android əməliyyat sistemində qaranlıq rejimi ümumi parametrlərdə aktivdirsə, Google şirkətinin bir çox tətbiqlərin avtomatik olaraq sistem rejimini istifadə edəcək. Lakin, Gmail tətbiqini, sistemdən ayrı olaraq da qaranlıq rejiminə keçirtmək mümkündür.
- Gmail tətbiqetməsinin yuxarı sol küncündəki hamburger işarəsinə toxunun.
- Siyahının altında yerləşən Ayarlar seçimini açın.
- Ümumi ayarlara toxunun.
- Siyahıda birinci gələn Mövzu seçimini açın.
- Qranlıq seçimini edin. Əgər sistemə standart olaraq qaranlıq mövzunu təyin etmisinizsə, sistem üstünlükləri seçin.
Android 10 əməliyyat sistemində qaranlıq mövzunu standart olaraq təyin edin.
Sistemi mövzu parametrini avtomatik olaraq qəbul edən tətbiqlər üçün qaranlıq rejimini bu şəkildə aktivləşdirə bilərsiniz.
- Parametrlər menyusunda Göstər seçiminə toxunun.
- Xüsusiyyətlər siyahısının altındakı qaranlıq mövzunu seçin.
iOS 13-də Gmail tətbiqinin qaranlıq rejimi necə aktivləşdirmək olar.
iPhone smartfonunuzu sistem səviyyəsində qaranlıq rejimdən istifadə edirsinizsə (Settings, sonra Display və Brightness, sonra isə Dark), Gmail tətbiqinin yenilənmiş versiyası bu mövzunu avtomatik olaraq qəbul edəcəkdir. Əgər, Light rejimi istifadə edirsinizsə, onda Gmail tətbiqinin ayrı olaraq qaranlıq rejimini aktiv etmək olar.
- Gmail tətbiqetməsinin yuxarı sol küncündəki hamburger işarəsinə toxunun.
- Siyahının altında yerləşən Settings seçimini açın.
- Siyahıda Theme seçiminə toxunun.
- Dark və ya System default seçimlərindən birini edin.