Apple kompüterləri üçün özlərinin istehsal etdiyi Arm arxitekturasına əsaslanan prosessorlardan istifadə etmək və Intel prosessorlarından imtina etmək qərarına gəldi.
Mənbəyə görə, Apple kompüterləri üçün, hətta özlərinin qrafik prosessorlarını da hazırlamağa və AMD Radeon qrafik prosessorlarından imtina etməyə planlaşdırır.
İddiaya görə, Metal GPU Ailəsi adlı diskret qrafik prosessorlar xəttinin istehsalı artıq başlamışdı. Qrafik prosessorun adı şirkətin öz məhsulu olan Metal adlı qrafik API-dən götürülmüşdür.

Intel prosessorlarından tam keçid iki ildən sonra baş verməlidir. Öz qrafik prosessorlarına keçid tarixi barəsindən məlumat yoxdur.