Windows fərdi kompüterləri, Apple şirkətinin istehsal etdiyi ARM prosessorlarına keçə bilər

    Apple Computer şirkətinin keçmiş icraçı direktoru Jan-Lui Qasse (Jean-Louis Gassée) hesab edir ki, Apple şirkəti, Intel x86 arxitekturalı prosessorlardan imtina edərək fərdi kompüter bazarında ARM arxitekturasına böyük təkan verdi. Nəticələr Wintel (Microsoft və Intel şirkətlərinin əməkdaşlığının marketinq adı) platformasının əsl mənada gələcək mövcudluğunu təhlükə altına saldı.

    Jan-Luis Qasse 1981-ci ildən 1990-cı ilədək Apple Computer şirkətinin icraçı direktoru vəzifəsində çalışmışdır. iPad Pro 2020 modelində tətbiq edilən ARM tipli A12Z çipinin üstünlüklərini açıqlayarkən, Prosessorun Soyutma Tələbinin (TDP) az olduğunu vurğuladı. MacBookPro noutbukunda istifadə edilən eyni məhsuldarlı Intel Core i7 ilə müqayisədə daha aşağı səviyyədə olduğunu (28vatta qarşı 18vatt) bildirdi.

    Qasse, proqram təminatının optimallaşdırması haqqında danışarkən, Microsoft şirkətinin Windows əməliyyat sisteminin ARM prosessorlarına keçidi üzrə son təcrübəsini xatırlayaraq 2019-cu ilin sonunda buraxılan SurfacePro X modelinin adını çəkdi. Hətta qeyd etdi ki, cihazın üstünlükləri, iflasa uğramış 2012-ci il buraxılışından çox idi. Lakin, Adobe Photoshop və digər populyar proqramları ARM prosessorlu SurfacePro X üzərində işə salmaq mümkün deyildi.

    Qasse hesab edir ki, WWDC 2020 tədbirində, Apple şirkətinin Rosetta 2 emulyatorunun təqdimi və Microsoft Office ilə Adobe Photoshop kimi proqramlarını ARM platformasına keçirməsi, düzgün istiqamətdə atılan addımlardır.

    Jan-Lui Qassenin fikirlərinə görə, indiki vəziyyət Microsoft şirkətini çətin seçim qarşısında qoyur. ARM platformalı Windows əməliyyat sistemi unudulmalı, ya da proqram təminatınında yaranan problemi aradan qaldırılmalıdır. Qasse, hesab edir ki, Microsoft ikinci addımı seçəcəkdir. Bu halda, şirkətin həmkarları olan Dell, HP, Asus və digər kompüter istehsalçıları yaranan yeni vəziyyətin tələblərinə uyğunlaşmaq məcburiyyətində qalacaqlar.

    Intel şirkəti, Xscale mikroarxitekturasının hüquqlarını hələ 2006-cı ildə Marvell şirkətinə satmışdır və ona görə, ARM texnologiyasını yenidən lisenziyalaşdırmalı olacağını deyərək Jan-Lui Qasse sözlərini yekunlaşdırdı.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.