Eyni WhatsApp hesabını bir neçə cihazda istifadə etmək mümkün olacaq

İstifadəçilərin istədikləri özəlliklərdən biri, eyni hesabı bir neçə cihazda istifadə etməkdir. Buna görə də, WhatsApp Inc. daim yeni xüsusiyyətləri sınaqdan keçirir.

WABetaInfo saytdan gələn yeni hesabatda, WhatsApp Inc. şirkətinin yeni özəlliyi sınadığını bildirir. Bununla əlaqədar olaraq istifadəçilərin WhatsApp hesablarına yeni cihazları əlavə edə və ya ehtiyac olduqda onları silə biləcək yeni istifadəçi interfeysi hazırlanmışdır. Yeni cihazları əlavə etmək üçün SMS və ya WhatsApp çat ilə alınan kod istifadə edilməlidir.

Qeyd edək ki, bu özəllik analoji Telegram tədbiqində çoxdan istifadəyə verilmişdir. Ümid edək ki, Telegram tədbiqin daha çox özəllikləri tezliklə WhatsApp tədbiqində də görünəcəkdir.

Nerd.az

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.