Huawei Mate 40 üçün 66 Vatt gücündə qidalanma adapteri təsdiqlənib

    Hal-hazırda, Huawei şirkətinin istehsal etdiyi cihazlar siyahısında 66 Vatt gücündə qidalanma adapterini dəstək edən smartfon yoxdur.

    Çinin “3C” sertifikatlaşdırma vebsaytında yaxın zamanlarda buraxılacaq smartfonların qidalanma gücü haqqında məlumatlar yerləşdirilir. Entuziastlar həmin saytın bazasında Huawei şirkətinin Mate 40 smartfonları üçün 66 Vatt gücündə qidalanma adapterini aşkar etdilər.

    Huawei Mate 40 haqqında dəqiq məlumatlar hələ mövcud deyil. Lakin qeyri-rəsmi məlumata görə, yeni smartfon, Kirin 1000 və ya Kirin 1020 adı altında buraxılacaq 5 nanometr ölçüsündə tək-kristallı sistem əsasında qurulacaq. Ekran görüntüsünün yeniləmə tezliyi 90 Hz olacaq. Smartfonun üst və alt qıraqlarında simmetrik olaraq qurulmuş stereo dinamikalar ilə təchiz ediləcək.

    Huawei Mate 40 seriyası ilə yanaşı, Harmony OS 2.0 əməliyyat sistemi əsasında işləyən Huawei Mate Watch ağıllı saatın debütü gözlənilir.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.