Samsung 6G rabitəsinin istifadəsini 2030-cu ilin əvvəlində gözləyir

    Samsung şirkəti, Beynəlxalq Telekommunikasiya Birliyinin Radiokommunikasiya Sektorunun (ITU-R) gələcək nəsil 6G (6-cı nəsil) rabitəsinin ümumi təxəyyülünü və  texniki standartlarını müəyyənləşdirmək üçün 2021-ci ildə işlərə başlayacağını gözləyir.

    Bir neçə gün öncə dərc edilmiş rəsmi sənəddə deyilir ki, Samsung Electronics, 6G rabitəsinin 2028-ci ildə kommersiyalaşaraq, 2030-cu ilə qədər telekommunikasiya sahəsində əsas istiqamətə çevriləcəyini gözləyir. Şirkətinin sözlərinə görə, 3G rabitəsini müəyyənləşdirmək üçün 15 il tələb olduğu halda, 5G üçün cəmi 8 il sərf edilmişdir və belə sürətli tendensiya 6G rabitəsinə qədər davam edəcək.  Samsung Research-in Advanced Rabitə Araşdırma Mərkəzinin rəhbəri Sün Xün Çoy (Sunghyun Choi) şirkətin, 6G rabitəsi sahəsində tədqiqatlarına bu il tam olaraq başlayacağını qeyd etdi.

    samsung-6g-white-paper-main

    Samsung şirkəti, 6G rabitəsini reallaşdırmaq üçün üç asas tələbin vacibliyini vurğuladı: məhsuldarlıq, arxitektura və etibarlılıq. Bunlar vasitəsi ilə həqiqətən inandırıcı genişləndirilmiş reallığı, yüksək dəqiqliklə yaradılmış mobil holoqramasını və rəqəmsal replikaları gerçəkləşdirmək imkanları yaranacaq.

    Konqlomeratın nümayəndələri bildirirlər ki, 6G rabitənin təklif edəcəyi internet sürətinin ən yüksək limiti 1000 qiqabit (5G-də 100 qiqabitdir) və havada yayılma gecikməsi 100 mikrosaniyədən az olması tələb olunur. Süni intellektlərin istifadəsi küllü miqdarda məlumatların toplanması deməkdir. Bu halda yaranan təhlükəsizlik və məxfilik məsələləri üçün yüksək səviyyədə etibarlı həllərin yaranmasına ehtiyac olunacaqdır.

    Qeyd edək ki, Samsung Electronic şirkəti, 2019-cu ilin aprelində Cənubi Koreya üçün 5G şəbəkəsinin həllini təqdim edib. O vaxtdan bəri şirkətin telekommunikasiya avadanlıqları ABŞ, Kanada, Yaponiya, Avstraliya və Yeni Zelandiyadakı mobil operatorları tərəfindən istismar edilir.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.