Xbox Game Studios oyun departamentinin direktoru Fil Spenser (Phil Spencer), rəsmi Xbox bloqunda bir yazı paylaşdı. Gələcək planlar haqqında fikirlərlə yanaşı, indiki nəsil konsollar üçün yaradılan oyunların Xbox Series X konsolunun dəstəyi haqqında əlavə məlumat verdi.
Spenser qeyd etdi ki, şirkətin öncəki nəsil cihazları üçün dərc edilən hər bir oyun, Xbox Series X konsolunda, satışa buraxılan ilk gündən oynamaq imkanı ilə təmin edilməsini planlaşdırırlar. Yalnız, kontaktsız oyun nəzarətçisi Kinect sensorunu dəstəkləyən oyunlar istisna olacaq. Qeyd edək ki, Microsoft şirkəti 2017-ci ilin oktyabrında rəsmi olaraq Kinect sensorunun satışını dayandırdı.
Spenser, həmçinin Xbox Series X konsolunun təmin edəcəyi çox böyük məhsuldarlıq gücü sayəsində, oyunçuların sevdikləri oyunları yeni konsolda daha sürətli işə salınacağına və işləyəcəyinə vəd edib.