Microsoft şirkəti, Windows 10 sistemin May 2020 Update versiyasında artıq müəyyən müddətdir ki, bilinən başqa bir səhvini etiraf etdi. Söhbət internet bağlantısının yoxluğu haqqında yanlış xəbərdarlıqlar haqqında gedir. İstifadəçilərin sözlərinə görə, onlardan bəziləri bununla qarşılaşıblar. Hətta, router və bağlantı qaydasında olmasına baxmayaraq, sarı üçbucaqlı xəbərdarlıq işarəsi meydana çıxır.
Maraqlısı budur ki, bu vəziyyətdə brauzerlə veb-saytlara daxil olduqda heç bir problem olmur, lakin Spotify, Cortana, Microsoft Store və hətta Feedback Hub kimi proqramlar şəbəkəyə giriş əldə edə bilmirlər. Qeyd edək ki, ilk dəfə belə bildirişlər Windows 10 üçün May 2020 Update yeniləməsinin sınaq mərhələsində də meydana gəlmişdi.
Şirkət söz verir ki, gələcəkdə məcmu yeniləmədə problem həll ediləcək. Hal-hazırda bunları etmək olar:
Win+R düyməsini basıb sonra regedit və ya Win+S düyməsini basıb Registry Editor sözlərini daxil edin

Enter düyməsini basmaqla reyestr redaktoru proqramını açın
Axtarış vasitəsi ilə aşağıdakı budağı tapın: HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\NlaSvc\Parameters\Internet

EnableActiveProbing parametrini 0-dan 1-ə dəyişdirin
OK düyməsini basın
Reyestr redaktorunu bağlayın və kompüteri təkrar başladın
Bundan sonra problem aradan qalxmalıdır.