Microsoft şirkəti Windows 10-da daha bir səhvi etiraf etdi

    Microsoft şirkəti, Windows 10 sistemin May 2020 Update versiyasında artıq müəyyən müddətdir ki, bilinən başqa bir səhvini etiraf etdi. Söhbət internet bağlantısının yoxluğu haqqında yanlış xəbərdarlıqlar haqqında gedir. İstifadəçilərin sözlərinə görə, onlardan bəziləri bununla qarşılaşıblar. Hətta, router və bağlantı qaydasında olmasına baxmayaraq, sarı üçbucaqlı xəbərdarlıq işarəsi meydana çıxır.

    Maraqlısı budur ki, bu vəziyyətdə brauzerlə veb-saytlara daxil olduqda heç bir problem olmur, lakin Spotify, Cortana, Microsoft Store və hətta Feedback Hub kimi proqramlar şəbəkəyə giriş əldə edə bilmirlər. Qeyd edək ki, ilk dəfə belə bildirişlər Windows 10 üçün May 2020 Update yeniləməsinin sınaq mərhələsində də meydana gəlmişdi.

    Şirkət söz verir ki, gələcəkdə məcmu yeniləmədə problem həll ediləcək. Hal-hazırda bunları etmək olar:

    Win+R düyməsini basıb sonra regedit və ya Win+S düyməsini basıb Registry Editor sözlərini daxil edin
    Enter düyməsini basmaqla reyestr redaktoru proqramını açın
    Axtarış vasitəsi ilə aşağıdakı budağı tapın:   HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\NlaSvc\Parameters\Internet 
    EnableActiveProbing parametrini 0-dan 1-ə dəyişdirin
    OK düyməsini basın
    Reyestr redaktorunu bağlayın və kompüteri təkrar başladın

    Bundan sonra problem aradan qalxmalıdır.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.