OpenAI, təsvirin çatışmayan hissəsini yarada bilir

    2019-cu ilin fevral ayında San-Fransisko şəhərində yerləşən OpenAI tədqiqat laboratoriyası, GPT-2 alqoritminə əsaslanan süni intellektin, məntiqi ardıcıllıqla mətn parçalarını ingilis dilində yaza bildiyini elan etdi. MIT Technology Review qeyd edir ki, neyroşəbəkənin fikri tamamlaması üçün cümlənin və ya abzasın əvvəlini yazmaq kifayətdir.

    GPT-2 sistemi proqnozlaşdırma mexanizmidir. Suni intellekt, internetdə olan milyardlarla sözləri, cümlələri və abzasları təhlil edərək ingilis dilinin strukturunu anlamağı öyrənib. Təlimlənmiş neyroşəbəkə, düzgün söz sırasını proqnozlaşdıraraq yeni cümlələr qura bilir.

    Hal-hazırda OpenAI, neyroşəbəkəyə yarımçıq təsvirləri tamamlamağa öyrədir. Mütəxəssislər sistemdə sözləri piksellərlə əvəz edərək, dərin təlim (deep learning) üçün neyroşəbəkəni məşhur ImageNet təsvir bankına qoşdular.

    Alqoritm birölçülü məlumatlarla, yəni bir xətt üzrə sıralanmış mətn sətrləri ilə işləmək üçün hazırlanmışdır. Təsvirlər isə ikiölçülü olduğundan, tədqiqatçılar pikselləri bir xətt üzrə ardıcıl düzdülər.  İGPT adlanan yeni model süni intellekt təsvirdəki görünən piksellərin ardıcıllığına əsaslanaraq, təsvirin çatışmayan hissəsini proqnozlaşdıraraq yarada bilir.

    Sol sütunda yarımçıq təsvirlər, sağ sütunda orijinal təsvirlər, orta sütunlar isə neyron şəbəkəsinin yaratdığı təsvirlərdir

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.