iPhone XR iki il ərzində dəyərini itirməyən smartfondur

    Sirr deyil ki, Apple smartfonları dəyərini uzun müddət itirmir. Smartfonların qiymətlərini müqayisə edən SellCell portalın məlumatına əsasən, son iki il ərzində Apple şirkətinin məhz bir smartfonu digərlərinə nisbətən daha az ucuzlaşmışdı. 2018-ci ildə buraxılmış iPhone XR smartfonu iki ildən az bir müddətdə dəyərini cəmi 53,2% itirmişdi, digər istehsalçıların smartfonları ilə müqayisədə bu aşağı göstəricidir.

    Məsələn, iki il ərzində eyni parametrli Samsung Galaxy S9 smartfonu 75.9% və LG G7 ThinQ smartfonu isə 89,7% ucuzlaşıb.

    Apple şirkətinin digər smartfonları olan iPhone XS Max modeli 56,8%, iPhone XS modeli isə 56% ucuzlaşdı və göründüyü kimi onların da göstəriciləri iPhone XR modelinə yaxındır.

    Qeyd etmək lazımdır ki, SellCell saytı, öz tədqiqatında smartfon istehsalçılarının cəmi beşinə diqqət ayırıb: Apple, Samsung, Google, Sony və LG. Çox güman ki, Xiaomi, Huawei və Motorola şirkətlərin vəziyyəti Samsung və Sony-dən heç də fərqli olmayacaq.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.