NASA, Marsa tədqiqat gəmisini göndərməyə hazırlaşır

    Milli Aeronavtika və Kosmos İdarəsi (NASA), qırmızı planetə Perseverance (qətiyyətlilik) adlı mars roverini daşıyacaq kosmik gəmisini göndərəcəyi vaxtı açıqladı (nerd.az: mars roveri Azərbaycan dilində marsaxod, və ya marsoxod, ya da mars araşdırma vasitəsi kimi də ifadə olunur). NASA saytında verilən məlumata görə, kosmosa uçuşun start vaxtı, iyulun 30, sakit okean vaxt zonası ilə saat 7:50 baş verməlidir. (Bakı vaxtı ilə 15:50).

    Perseverance mars roveri

    Hal-hazırda Mars 2020 gəmisini kosmosa uçuşu ilə bağlı hazırlıq işləri görən texniki komanda, Perseverance roverini start meydançasına gətirilməsi üzərində çalışır.

    Gəminin start vaxtı, bütün sistemlərin sınaq nəticələri, hava şəraiti və digər səbəblərdən dəyişə bilər. Ümumiyyətlə, avqustun 15-dən gec olmamaq şərti ilə start baş verməlidir. Mars 2020 gəmisi Atlas V-541 raket daşıyıcısı vasitəsi ilə, Floridadakı Kanaveral burnunda yerləşən Kosmos Mərkəzindən qalxacaq.

    Floridadakı Kanaveral burnunda yerləşən Kosmos Mərkəzinin start meydançası

    Verilən məlumata görə, roverin yerləşdiyi modul, 18 fevral 2020-ci ildə Marsın atmosferinə daxil olacaq və tədqiqat aparatı Cezero (Jezero) kraterinə enəcək. Mars 2020 kosmik missiyanın ən azı bir Mars ili ərzində (687 yer günü) həyata keçirilməsi gözlənilir. (nerd.az: Nəzərinizə çatdırım ki, astronomların ehtimalına görə, Cezero kraterində qədim maye su mənbələri olub. Həyatın yaranması üçün mayenin olması əsas amillərdən biridir.)

    Cezero krateri, Mars planeti.

    Rover vasitəsi ilə, Marsda həyat izləri axtarılması, həmçinin oradan götürülən daş və süxur parçalarını yerə gətirilməsi planlaşdırılır. Bu missiya eyni zamanda, insanın Marsa göndərilməsi üçün görülən hazırlıqlara yardımçı məqsədini daşıyır.

    Mars roverinə, qırmızı planetin atmosferində uçuşlar edə biləcəyi güman edilən, Ingenuity (ixtiraçılıq) adlı uzaqdan idarə edilən kiçik vertolyot da yerləşdirilib.

    Oxşar xəbərlər

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.