Sony PlayStation 5 istehsalını 50% artırır

    Bloomberg redaksiyasının Yapon bölməsinin verdiyi məlumata görə, Sony, strategiyasında dəyişiklik etmişdir. Yapon şirkəti PlayStation 5 konsolunun istehsalını 6 milyondan 9 milyona qədər artırmışdır. Bloomberg nəşrinin sözlərinə görə, yaponlar ilin sonuna qədər 10 milyon yeni konsol istehsal etmək fikrindədir.

    Jurnalistlər, öz mənbələrindən aldıqları təsdiq edilmiş məlumatlara görə, oyun istehsalçıları və ehtiyyat hissələrinin təminatçıları, artıq bu haqda məlumatlanıblar. Əvvəlki proqnozlara əsasən, Sony, 2021-ci ilin mart ayına qədər 5-6 milyon cihaz istehsal etməyi planlaşdırır.

    Bloomberg həmçinin vurğulayır ki, Sony digər bir problemlə – qərbə PS5 çatdırılması problemi ilə rastlaşıb. Konsolları vaxtında  istehsal etmək mümkün olsa belə, Çindən daşınması daha çox vaxt aparacaq və bu cihazın vaxtında əl çatan olmasına öz təsirini göstərəcək. Məlum olduğu kimi, PlayStation 5 konsolunun böyük hissəsi məhz bu ölkədə istehsal edilir. Əvvəllər Sony alıcılarına bildirirdi ki, gələn il martına qədər ona 10 milyon DualSense nəzarətçi lazım olacaq, amma hal-hazırda bu rəqəm artıb.

    PlayStation 5 konsolunun kütləvi istehsalına mart ayında başlanıb və sentyabrın sonuna qədər 5 milyon buraxılması planlaşdırılır. Növbəti 5 milyonu oktyabrdan dekabra qədər istehsal edilməlidir.

    Müqayisə üçün, göstərmək olar ki, Sony 2013-cü ilin sonuna qədər 4,5 milyon ədəd PS4, Microsoft isə həmin dövrdə 3,9 milyon Xbox One istehsal etmişdir.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.