Newzoo: oyun industriyasında olan ümumi gəlirlərin 74%-ni mikrotranzaksiyalar təşkil edir

    Newzoo – analitik qrupu oyun industriyasında olan vəziyyət ilə bağlı illik hesabatını yeniləyib. Ümumi mənzərənin təhlili ilə yanaşı, önümüzə gələn illər üçün proqnoz da hazırlanıb.

    Analitiklərin fikrincə, bu il oyunlar öz yaradıcılarına və naşirlərinə 159,38 milyard dollar gəlir gətirəcək. Müqayisə üçün bildirək ki, keçən il bu məbləğ 145,7 milyard təşkil edib, 2023-cü ildə isə 200 milyardı keçəcək.

    Sürətlə inkişaf bu bazar seqmentində olan mikrotranzaksiyalar ilə əlaqələndirilir. Bu il mikrotronzaksiya payına oyunçuların xərclədikləri pulun 74%-nə düşür və üç ildən sonra 77%-ə qədər yüksələ bilər. Buna qazancın 4%-ni təşkil edən konsol cihazlarda abunəçilikdən gələn gəlir də əlavə oluna bilər.

    Eyni zamanda, 2020-ci ildə qablı nəşrlər mənfəətin cəmi 9%-ni, rəqəmsal versiyalar isə 12%-ni əhatə edəcəkdir.

    2020-ci ildə oyun industriyasının ümumi gəlirin təxminən yarısı, yəni 78.4 milyard dolları, Asiya və Sakit Okean regionlarından gəldi. Bu pay keçən ilə nisbətən 9,3% artıb.

    Newzoo-nun proqnozlarına görə, oyun bazarı dinamik inkişaf etməyə davam edəcəkdir. İlin sonuna qədər dünyada oyunçuların ümumi sayı təqribən 2,7 milyard, 2023-cü ildə isə 3 milyardı keçəcəkdir. Bu il 2,5 milyard oyunçu mobil cihazlara, 1,3 kompüterlərə və 0.8 milyard isə oyun konsollarına üstünlük verir.

    Newzoo analitikləri hətta qeyd ediblər ki, ən populyar oyunların kütləvi informasiya vasitələrinə xas olan rolları yerinə yetirməyə başlayır. Oyunlar oyunçular arasında virtual münasibətlər qurmaq üçün bir platformaya yönəlir. Bu da oyunların standart əyləncə vasitəsindən kənara çıxması deməkdir. Məsələn, bu yaxınlarda oyunların Hong Kong etirazçıları üçün bir görüşmə məkanına çevrildiyini xatırlaya bilərik.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.