Ubisoft Forward təqdimatında Assassin’s Creed, Watch Dogs və Far Cry oyunları göstərildi

    Ubisoft bir neçə maraqlı anonsları Forward (İrəliyə) adlı onlayn şousunda təqdim etdi. Lakin, şirkətin bəzi layihələri ilin sonuna qədər təqdim olunacaq Forward onlayn şousununun ikinci hissəsinə saxlanıldı.


    Watch Dogs Legion

    Sayca üçüncü hissə olan yeni oyun oktyabrın 29-da PS4, Xbox OnePC platformaları üçün dərc olunacaq. Qısa müddət sonra, oyunun sahibləri gələcək nəsil konsolları olan PS5Xbox Series X üçün yeniləməni pulsuz əldə edəcəklər.

    Watch Dogs Legion (Gözətçi İtlər Legionu) oyunun əsas süjetində, gələcək zamanda Britaniya hökuməti baş verən terror aktına görə DedSec ləqəbli hakerləri günahlandırır, bunun üçün oyunçuların əsas vəzifəsi həqiqi günahkarları tapmaq və qrupun adını təmizləməkdir.

    Eyni missiyanı fərqli personajlar (inşaatçı, haker, yerli mühafizəçi və s.) sayəsində müxtəlif tərzdə tamamlamaq mümkün olacağını video təqdimatda görmək olar. Hətta, Kianu Rivzin ifa etdiyi Con Vik (John Wick) obrazı kimi döyüşən peşəkar muzdlu qatil personajının oyun gedişatı nümayiş edildi.


    Assassin’s Creed Valhalla

    İlk öncə video oyun 17 noyabrda PS4, Xbox OnePC platformaları üçün dərc olunacaq və bir müddət sonra PS5Xbox Series X konsolları üçün də buraxılış ediləcək.

    Orta əsirlərdə yaşayan, oyunçunun başçılıq etdiyi Skandinaviya vikinqləri qəbiləsi Britaniya adasında, nemətli torpaq və sabit həyata sahib olmaq üçün məskən salırlar. Video təqdimatda oyunun döyüş sistemi, qalalara basqınlar, oyunçu personajının yaşayış məskəni və s. əks olunub.


    Far Cry 6

    Emmy mükafatına iki dəfə namizəd olmuş məşhur Hollivud aktyoru Cankarlo Espozitonun (Giancarlo Esposito) ifa etdiyi cani obrazının öz oğlu ilə söhbətini göstərən Far Cry 6 oyunu üçün debüt video təqdimata baxa bilərsiniz.

    Oyun 18 fevralda PS4, Xbox OnePC platformaları üçün dərc olunacaq. Qısa müddət sonra, oyunun sahibləri gələcək nəsil konsolları olan PS5Xbox Series X üçün yeniləməni pulsuz əldə edəcəklər.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.