Video oyun tarixində seçilmiş oyunlardan biri olan Super Mario Bros oyunun möhürlənmiş bir nüsxəsi ABŞ-da, cümə günü keçirilən auksionda, ən çox diqqəti cəlb edərək, 114 000 dollara satıldı. Bu oyun 1985-ci ildə Nintendo NES (Nintendo Əyləncə Sistemi) üçün buraxılmışdı. Tanınmış oyun dizayneri Siqeru Miyamotonun (Shigeru Miyamoto) rəhbərliyi ilə yaradılan bu layihə, dünyada 330 milyondan çox nüsxə satılaraq tarixin ən çox satılan video oyunlarından birinə çevrildi. Super Mario Bros oyunun möhürlənmiş (qutusu açılmamış) nüsxəsini satınalan kolleksiyaçı öz kimliyini gizli saxladı.

Daha bir oyun, 1987-ci ildə çıxan Mike Tyson’s Punch-Out 50 400 dollara satıldı. Ümumiyyətlə auksionda, təxminən yarım milyon dollar toplanacağı nəzərdə tutulurdu, lakin ticarət çox fəal getdiyi üçün yekun məbləğ daha çox oldu. 80-90-cı illərin müxtəlif retro oyunlarını satan auksion, ümumilikdə 700.000 dollar gəlir əldə etdi.
Əgər sizdə də evdə qutusu açılmamış retro oyunların nüsxəsi varsa, nəzərdə tutun ki, auksionda yüksək məbləğə sata bilərsiniz.