Ölməyə Vaxt Yoxdur filmi daha tez vaxtda premyera ediləcək

Ceyms Bond azarkeşləri üçün yaxşı xəbər, uzun müddətdir arzuladıqları növbəti filmi bir qədər daha az müddət gözləməli olacaqlar. Ölməyə Vaxt Yoxdur (No Time To Die) filminin premyerası əvvəlcə bu ilin aprelində planlaşdırılırdı, ancaq sonradan COVID-19 pandemiyasına görə noyabr ayına, daha sonralar isə bir daha dəyişdirilərək beş gün əvvələ təxirə salındı.

Twitter hesabında bildirildiyi kimi, No Time to Die filmin premyera tarixi ABŞ-da 20 Noyabra təyin edildi. Xatırladaq ki, premyeraların tarixləri bölgəyə görə fərqli ola bilər, məsələn, Britaniyada 12 noyabrda debüt olacaq.

Xatırladaq ki, Bond haqqında 007: Specter adlı ən son film, 5 il əvvəl, 2015-ci ildə tamaşaçıların seyrinə təqdim olundu. Daniyel Kreyq (Daniel Craig) ilk dəfə 2006-cı ildə Royal Kazinosu (Casino “Royale”) filmində Pirs Brosnanı əvəz etdi. Ölməyə Vaxt Yoxdur filmin istehsalında bir çox problem yaşandı. Filmdə Kreyqin Bond roluna qayıdıb-qayıtmayacağı kimi bir çox qeyri-müəyyənlik var idi. Həm də filmin rejissorları və ssenaristləri dəyişirdi.

Ancaq azarkeşlər, öldürməyə lisenziyası olan gizli agentin yeni sərgüzəştlərinin tezliklə böyük ekrana qayıdacağından çox məmnun qalırlar.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.