Facebook, adi eynəklərdən böyük olmayan VR eynəyini göstərdi

    Müasir virtual reallıq eynəklərin bir ümumi çatışmazlığı var – o da böyük və ağır olmaqlarıdır. İndiyə qədər istehsalçılar istifadə olunan elektrik və optik texnikanı kompakt ölçülərə yerləşdirə bilmirlər. Facebook hal-hazırda bu istiqamətdə təcrübələr aparır.

    Adı bilinməyən bir prototipinin görünüşü haqqında Phone Arena saytı məlumat yaydı. Adi gün eynəklərinə bənzəyən Facebook-un VR eynəyin kiçik ölçülərinə xüsusi holoqrafik linzalar sayəsində nail ola biləcəyi görünür.

    Qeyd olunur ki, hazırkı mərhələdə cihazın qalınlığı 9 mm-dən azdır və baxış bucağı digər istehsalçıların müasir VR dəbilqələri ilə müqayisə olunur. Lakin cihazın çatışmazlığı da var. Prototip yalnız yaşıl çalarlarda olan şəkili göstərə bilir. Tam rəngli bir şəkili, ancaq ölçüsü böyüdülmüş halda göstərə bilir.

    Bütün rəngləri göstərə bilməsi üçün sistem məhsuldarlığını artırmağa çalışan tədqiqatçılar bu sahədə işlər aparır.

    Recommended Articles

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.