Rayan Qoslinq (Rayan Gosling) və Kris Evans (Chris Evans) Qisasçılar (The Avengers) filminin yaradıcıları tərəfindən çəkilən Boz adam (The Grey Man) adlı casus trillerində baş rolları ifa edəcəklər. Bu, Netflix studiyasının ən bahalı filmi olacaq.
Xəbərlər
OpenAI, təsvirin çatışmayan hissəsini yarada bilir
2019-cu ilin fevral ayında San-Fransisko şəhərində yerləşən OpenAI tədqiqat laboratoriyası, GPT-2 alqoritminə əsaslanan süni intellektin, məntiqi ardıcıllıq ilə mətn parçalarını ingilis dilində yaza bildiyini elan etdi. MIT Technology Review qeyd edir ki, neyroşəbəkənin fikri tamamlası üçün insana cümlənin və ya abzasın əvvəlini yazmaq kifayətdir.
Startap sərmayəçiləri Süni İntellektdən istifadə edirlər
İsveçin EQT Ventures fond şirkəti, Londonda yerləşən ofisi ilə, gəlirli sövdələşmələrin axtarışı üçün Motherbrain (Ana beyni) adlı süni intellekt izləmə sistemini yaratdı.
Oyunçular bu il oyunlara küllü miqdarda pul xərcləyirlər
NPD Group (Beynəlxalq Satınalmalar Gündəliyi) analitik şirkətinin yeni hesabatında bildirir ki, ABŞ video oyun bazarında edilən satınalmaların iyun ayı üçün ümumi dəyəri 1,2 milyard dollar oldu, bu da keçən ilin (2019) eyni ayı ilə müqayisədə 26% çox edir.
ASUS ROG Phone 3 5G oyun smartfonu bütün gözəlliyi ilə göründü
22 iyulda, ASUS şirkəti oyun həvəskarları üçün güclü ROG Phone 3 5G smartfonunu elan edir. Bu cihazın press görüntüləri internet mənbələrinə təqdim edildi.
Apple, Samsung şirkətinə təqribən bir milyard dollar ödədi
Display Supply Chain Consultants analitiklərin sözlərinə görə, 2020-ci ilin ikinci rübündə əvvəlcədən razılaşdırılmış miqdarda OLED paneli almadığı üçün, Apple, Samsunga təqribən 950 milyon dollar ödədi.
Microsoft, bəzi oyunların Xbox Series X konsolunda dəstəklənmədiyini etiraf etdi
Xbox Game Studios oyun departamentinin direktoru Fil Spenser (Phil Spencer) rəsmi Xbox bloqunda bir yazı ilə paylaşdı. Gələcək planlar haqqında fikirlərlə yanaşı, indiki nəsil konsollar üçün yaradılan oyunların Xbox Series X konsolunun dəstəyi haqqında əlavə məlumat verdi.
NASA, Marsa tədqiqat gəmisini göndərməyə hazırlaşır
Milli Aeronavtika və Kosmos İdarəsi (NASA), qırmızı planetə Perseverance (dözümlülük) adlı mars roverini daşıyacaq kosmik gəmisini göndərəcəyi vaxtı açıqladı.
Sony PlayStation 5 istehsalını 50% artırır
Yapon şirkəti PlayStation 5 konsolunun istehsalını 6 milyondan 9 milyona qədər artırmışdır. Bloomberg nəşrinin sözlərinə görə, yaponlar ilin sonuna qədər 10 milyon yeni konsol istehsal etmək fikrindədir.
Rəylərə əsasən, Ghost of Tsushima oyunu, təqdirə layiqdir
Ghost of Tsushima (Tsuşima Ruhu), Last of Us Part II oyunu mübahisə obyektinə çevrilmədi. Hətta rəylərə əsaslansaq, Sucker Punch studiyasının yeni məhsulunu çoxları bəyəndi.
Twitter-ə hücum nəticəsində hakerlər İlon Mask, Bil Qeyts və Apple adından bitkoin istədilər
Cinayətkarlar sosial şəbəkənin proqram tərəfindən yaranan boşluğundan istifadə edərək İlon Maskın, Bil Qeytsin, Baraka Obamanın, Apple şirkətinin, Uberin və bir çox təsdiq edilmiş istifadəçilərin sosial şəbəkə hesablarına giriş əldə ediblər.
Metacritic dərcinin fikrincə 2020-nin 20 Ən Yaxşı Video Oyunları
Metacritic, bu ilin ilk yarısında iyirmi ən yaxşı oyunun siyahısını dərc etdi. Qeyd edək ki, Metracritic bal sistemi iki hissədən ibarətdir: mətbuat rəyləri və istifadəçi rəyləri. Mətbuat rəyləri 100 bal, istifadəçi rəyləri isə 10 bal sistemləri ilə dəyərləndirilirlər.
The Matrix filmlərin çəkilişi operator üçün işgəncəyə çönmüşdür
İkiqat Oskar laureatı olan Hollivud operatoru Rocer Dikinsin (Roger Deakins) Apple platformasında davamlı şəkildə yayımladığı podkastların birinə, The Matrix (Matris) filim seriyasının operatoru olan Bil Poupu (Bill Pope) dəvət etdi.
Uncharted oyunun ekranlaşdırması nəhayət ki, başlandı
Uncharted filmi eyni adlı oyun seriyasının əsasında çəkiləcək. Filmin (və oyunun) baş qəhrəmanı Neytan Dreyk (Nathan Drake) obrazının gənc vaxtlarını ifa edən aktyor Tom Holland, “Birinci gün” yazısı ilə imzalanmış çəkiliş meydançasının fotoşəkilini İnstagram sosial şəbəkəsində paylaşdı.
Kodak foto kağız və reaktivlərin istehsalı biznesini çinlilərə satdı
Kodak ticarət markası Kodak Alaris (Britaniya) və Eastman Kodak Company (ABŞ) sirkələrinə məxsusdur. Britaniya şirkəti foto kağız, fotokimyəvi maddələr və lentlərin istehsalı üzrə biznesin böyük hissəsinin satışı barədə açıqlama verdi. Sövdələşmənin məbləği barədə heç bir məlumat yoxdur.
Windows fərdi kompüterləri, Apple şirkətinin istehsal etdiyi ARM prosessorlarına keçə bilər
Apple Computer şirkətinin keçmiş icraçı direktoru Jan-Luis Qasse (Jean-Louis Gassée) hesab edir ki, Apple şirkəti, Intel x86 arxitekturalı prosessorlardan imtina edərək fərdi kompüter bazarında ARM arxitekturasına böyük təkan verdi.
Microsoft Uçuş Simulyatoru təxminən 37 min hava limanına malikdir
Microsoft, mülki aviasiya simulyatoru olan Microsoft Flight Simulator (Microsoft Uçuş Simulyatoru) oyunun buraxılma tarixi və satış qiyməti barəsində təfərrüatları açıqladı.
Huawei şirkəti Google və Apple meqaşirkətlərinin inhisarçılığına güclü zərbə vurur
Çin şirkətinə məxsus olan AppGallery mobil tətbiqlər dükanına çox sayda müstəqil xarici istehsalçıların diqqətini cəlb etmək üçün Huawei güclü bəyanat yaydı.
Samsung 6G rabitəsinin istifadəsini 2030-cu ilin əvvəlində gözləyir
Bir neçə gün öncə dərc edilmiş rəsmi sənəddə deyilir ki, Samsung Electronics, 6G rabitəsinin 2028-ci ildə kommersiyalaşaraq, 2030-cu ilə qədər telekommunikasiya sahəsində əsas istiqamətə çevriləcəyini gözləyir.