Cinayətkarlar sosial şəbəkənin proqram tərəfindən yaranan boşluğundan istifadə edərək İlon Maskın, Bil Qeytsin, Baraka Obamanın, Apple şirkətinin, Uberin və bir çox təsdiq edilmiş istifadəçilərin sosial şəbəkə hesablarına giriş əldə ediblər.
İyul 2020
Metacritic dərcinin fikrincə 2020-nin 20 Ən Yaxşı Video Oyunları
Metacritic, bu ilin ilk yarısında iyirmi ən yaxşı oyunun siyahısını dərc etdi. Qeyd edək ki, Metracritic bal sistemi iki hissədən ibarətdir: mətbuat rəyləri və istifadəçi rəyləri. Mətbuat rəyləri 100 bal, istifadəçi rəyləri isə 10 bal sistemləri ilə dəyərləndirilirlər.
The Matrix filmlərin çəkilişi operator üçün işgəncəyə çönmüşdür
İkiqat Oskar laureatı olan Hollivud operatoru Rocer Dikinsin (Roger Deakins) Apple platformasında davamlı şəkildə yayımladığı podkastların birinə, The Matrix (Matris) filim seriyasının operatoru olan Bil Poupu (Bill Pope) dəvət etdi.
Uncharted oyunun ekranlaşdırması nəhayət ki, başlandı
Uncharted filmi eyni adlı oyun seriyasının əsasında çəkiləcək. Filmin (və oyunun) baş qəhrəmanı Neytan Dreyk (Nathan Drake) obrazının gənc vaxtlarını ifa edən aktyor Tom Holland, “Birinci gün” yazısı ilə imzalanmış çəkiliş meydançasının fotoşəkilini İnstagram sosial şəbəkəsində paylaşdı.
Kodak foto kağız və reaktivlərin istehsalı biznesini çinlilərə satdı
Kodak ticarət markası Kodak Alaris (Britaniya) və Eastman Kodak Company (ABŞ) sirkələrinə məxsusdur. Britaniya şirkəti foto kağız, fotokimyəvi maddələr və lentlərin istehsalı üzrə biznesin böyük hissəsinin satışı barədə açıqlama verdi. Sövdələşmənin məbləği barədə heç bir məlumat yoxdur.
Windows fərdi kompüterləri, Apple şirkətinin istehsal etdiyi ARM prosessorlarına keçə bilər
Apple Computer şirkətinin keçmiş icraçı direktoru Jan-Luis Qasse (Jean-Louis Gassée) hesab edir ki, Apple şirkəti, Intel x86 arxitekturalı prosessorlardan imtina edərək fərdi kompüter bazarında ARM arxitekturasına böyük təkan verdi.
Microsoft Uçuş Simulyatoru təxminən 37 min hava limanına malikdir
Microsoft, mülki aviasiya simulyatoru olan Microsoft Flight Simulator (Microsoft Uçuş Simulyatoru) oyunun buraxılma tarixi və satış qiyməti barəsində təfərrüatları açıqladı.
Huawei şirkəti Google və Apple meqaşirkətlərinin inhisarçılığına güclü zərbə vurur
Çin şirkətinə məxsus olan AppGallery mobil tətbiqlər dükanına çox sayda müstəqil xarici istehsalçıların diqqətini cəlb etmək üçün Huawei güclü bəyanat yaydı.
Samsung 6G rabitəsinin istifadəsini 2030-cu ilin əvvəlində gözləyir
Bir neçə gün öncə dərc edilmiş rəsmi sənəddə deyilir ki, Samsung Electronics, 6G rabitəsinin 2028-ci ildə kommersiyalaşaraq, 2030-cu ilə qədər telekommunikasiya sahəsində əsas istiqamətə çevriləcəyini gözləyir.
Nəhənglər Ovçusu oyunun əsasında çəkilən film 2020-ci ildə çıxmayacaq
Sony Pictures kinostudiyası, eyni adlı oyunun motivləri əsasında çəkilən Nəhənglər Ovçusu (Monster Hunter) filminin premyerasını təxirə saldı. Əvvəlcə bu ilin 4 sentyabrında tamaşaçılara təqdim olunacaq filmin tarixi 23 aprel 2021-ci ilə dəyişdirildi.
Universal Şəkər Adamın remeykinin və daha üç qorxu filmin premyerasını təxirə saldı
Universal studiyası, bir anda hazırladığı dörd qorxulu filmlərinin, 1992-ci ildə izləyicilrini qorxudan Şəkər Adamının (Candyman) yeni quruluşda çəkilmiş filmi, Hellouinin (Halloween) yeni iki hissəsi və Məhşər gecəsinin (The Purge) beşinci hissəsinin yeni premyera tarixlərini açıqladı.
Super Mario Bros oyunun möhürlənmiş surəti 114 000 dollara satıldı
Video oyun tarixində seçilmiş oyunlardan biri olan Super Mario Bros oyunun möhürlənmiş bir nüsxəsi ABŞ-da cümə günü keçirilən auksionda, ən çox diqqəti cəlb edərək, 114 000 dollara satıldı.
Ubisoft Forward təqdimatında Assassin’s Creed, Watch Dogs və Far Cry oyunları göstərildi
Ubisoft bir neçə maraqlı anonsları Forward (İrəliyə) adlı onlayn şousunda təqdim etdi. Lakin, şirkətin bəzi layihələri ilin sonuna qədər təqdim olunacaq Forward onlayn şousununun ikinci hissəsinə saxlanıldı.
Apple şirkətinin 5G şəbəkəsini dəstəkləyən ilk smartfonu, iPhone 12 olacaqmı?
Artıq bir çox smartfon, 5G rabitəsini dəstəkləyir, Samsung Galaxy S20 və OnePlus 8 Pro kimi flaqman smartfonları ilə yanaşı daha az bəyənilən Xiaomi Mi 10 smartfonu da. Lakin, hal-hazırda, iPhone xəttində yüksək sürətli rabitədə işləmə bacarığı olan smartfon yoxdur.
YouTube-da reklamlar daha çox olacaq
Rəsmi bloqda Google nümayəndələri, iyul ayının sonunda qüvvəyə minəcək, YouTube video paylaşma şəbəkəsində videoların nümayişi zamanı göstərilən reklamlarda yeni qaydalarını açıqladılar.
Apple, MacBook veb-kameranın örtüklə yapışdırılmasının mənfi nəticəsi ilə bağlı xəbərdarlıq etdi
Noutbuka quraşdırılmış veb-kamerasının vasitəsi ilə izləmənkdən ehtiyat edən istifadəçilər adətən kameranın üzərini müxtəlif yapışqan vasitələrlə bağlayırlar. Bunun üçün, hətta qoruyucu kiçik pərdə və astarlar istehsal edən bazar da formalaşdı.
Nokia yeni əməliyyat sistemini təqdim etdi. Apple, artıq bu sistemdən istifadə edir
Süni İntellekt, Böyük verilənlər (Big Data), AR, VR, bir sözlə dördüncü sənaye inqilabı (Industry 4.0) dövründə yeni texnologiyaların tətbiqi sahəsində məlumatların həcmi qeyri-adi sürətlə böyüyür. Bir çox şirkətlər böyük həcmli məlumatları və verilənlər bazasının daha səmərəli istifadə etmək üçün həll yollarını araşdırırlar.
Warframe və Gears Tactic oyunların yaradıcılarına sahib Sony yox, Tencent oldu
Keçən həftə, Sony şirkətinin, Leyou Technologies şirkəti satın almaq üçün mübarizəyə qoşulduğu haqda xəbər sızdı. Honkonq holdinq şirkəti, Digital Extremes (Warframe) və Splash Damage (Gears Tactics) daxil olmaqla bir çox tanınmış studiyanı idarə edir.
Pandemiya, Avropada “ağıllı” ev cihazları bazarını zəiflədir
Beynəlxalq Məlumat Korporasiyasının (IDC) tərəfindən keçirilmiş tədqiqatda deyilir ki, cari ilin birinci rübündə müasir “ağıllı” ev cihazların Avropa bazarında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,8% artım göstərilir.